Icma.az
close
up
RU
Nə etməli? FELYETON

Nə etməli? FELYETON

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vallah, ta deməkdən də yorulmuşuq, yazmaqdan da.

Nə etməli?

Nə qədər demək, nə qədər yazmaq olar? Axı bu dilin günahı nədir ki, illərdir ki, insanlardan çəkdikcə çəkir?
Nə etməli?
Biri ona rus dili yamayır, biri türk dili, biri ingilis dili...
Nə etməli?
***
O gün qəzet köşklərinin birinin qarşısında dayanmışam. Qəzet alıram. İki gənc qız yaxınlaşdı köşkə. Gördüm ki, birbaşa üstümə gəlirlər, heç növbə, sıra gözləmək fikirləri yoxdur, bir kənara çəkildim. Çəkildim, çünki hiss etdim ki, elə başımın üstündən satıcıya müraciət edəcəklər.
Salamsız, sabahsız, qızlardan biri:
-Sizdə poşete var?
Satıcı:
-Nə?
-Poşete.
-Ay qızım, anlamadım, nə istəyirdiniz?
Bu dəfə görünür qız təbindən çıxdı və hirslə:
-Poşete də, poşete...
Satıcı:
-Göstərə bilərsiniz, vallah, nə istədiyinizi anlamadım.
Bu dəfə isə qız daha çox hirsləndi və satıcıya nə desə yaxşıdır?
-Bilmirsinizsə, burada nə üçün oturmusunuz.
Satıcı:
-Ay qızım, burada nə üçün oturmağımı özüm bilərərm. Sən zəhmət olmasa, bir Azərbaycan dilində danış, görüm, nə deyirsən.
-A, siz bilmirsiniz, poşete nədir?
Satıcı:
-Xeyr, bilmirəm, bilmək də istəmirəm.
Gördüm ki, bunlar dalaşacaqlar, müdaxilə etməli oldum:
-Kağız çanta deyir,əmi.
Satıcı qızışdı, nə qızışdı:
-Ay bala, niyə öz dilimizdə danışmırsınız? Hələ bir üstəlik məni də günahkar çıxarırsınız. Mən nə bilim poşete-moşete nə deməkdir? Az qalırsan ki, məni döyəsən də hələ. Sən haradan öyrənmisən bu poşete sözünü. Həm də ki, elə bir əda ilə tələffüz edirsən ki, heç nə anlamaq olmur. Yox, burada poşete-zad yoxdur.
Qızlar çox narazı şəkildə, necə deyərlər, satıcıya əməlli-başlı yuxarıdan aşağıya baxdılar və köşkdən ayrıldılar. Aralarında danışdıqları bu sözləri eşitdim:
-Köhnəliyin qalığı, bilmir ki, poşete nədir...
Mənim də ki, cin vurub başıma, lakin nə etməli?
İndi gənclərimizin əksəriyyəti belədir ey... Bax bunlarla nə etməli?
***
Hələ bu harasıdır ki... Çıx şəhəri gəz, dolaş. Böyük ticarət mərkəzlərindən, restoran, kafe, şadlıq saraylarından tutmuş kiçik mağaza, marketlərədək tanıtım lövhələrinə nəzər sal, onda bax, otur bu dilin dərdi-sərini ağla. Bir neçə saat dayan küçədə, ətrafı müşahidə et, otur parkda ətrafa qulaq ver. Neçə-neçə belə gənc oğlan, qız görəcəksən, dilimizə qarışdırıb danışdıqları sözləri eşidəcəksən. Onda bu dilin başına gələnləri anlayacaqsan və deyəcəksən: nə etməli?
***
Nə etməli?
Heç nə, oturub əməlli-başlı düşünməli. Düşünməli ki, ay qardaşlar, ay bacılar, gəlin görək Türkiyədə bir nəfər türk köşkə yaxınlaşıb bizim dilimizdə nə isə istəyər? Gəlin görək, rus, ingilis ticarət mərkəzinin, restoran, kafe, market, nə bilim nələrinin üzərinə Azərbaycan dilində bircə kəlmə söz yazar? Və yaxud da küçədə, filanda dilinə bir kəlmə bizim dilimizdən söz qatar?
Nə etməli?
Heç nə, nə edəcəyik? Oturub özümüz özümüzə əməlli-başlı gülməliyik.
***
Hə, daha nə etməli?
Nə etməli, özümüz özümüzə gülərkən bəlkə o qəhqəhələrdən oyanıb özümüzə gələ bilərik. Bunu etməli. Etməli və ayılmalı. Dilimizə qayıdıb, öz dilimizdə danışmalı. Bircə kəlməsini də o dilə, bu dilə satmamalı. Çünki ana dili satılmağa layiq deyil. O, gözümüzdür, gözümüzü qoruduğumuz kimi onu da qorumalıyıq.
Nə etməli?
Deyilənləri eşidib, riayət etməli. Daha heç nə..

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri