Qonşusunu öldürüb, onun arvadını yaralayan İnşallaha hökm oxundu
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Buzovnada qonşusunu öldürməkdə, onun arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi İnşallah Hacıyevin 9 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Dövlət ittihamçısı İ. Hacıyevin 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan İ.Hacıyev mübahisə zamanı qonşuları - Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu Məzahir Məlikova bıçaqlayıb.
Qurban Məlikov hadisədən bir qədər sonra dünyasını dəyişib.
Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə zamanı İ.Hacıyevin 18 yaşı tamam olmayıbmış.
Fərqanə Novruzova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















