Icma.az
close
up
RU
Qonşusunu öldürüb, arvad uşağını yaralamışdı Şahidlər DANIŞDI

Qonşusunu öldürüb, arvad uşağını yaralamışdı Şahidlər DANIŞDI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Buzovnada qonşusunu öldürüb, arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Etiqad Hacıyev həmin gün oğlunun onun yanına gələrək qabağını kəsdiklərini deyib:

“Oğlumla getdim, çatanda yığışanlardan nə baş verdiyini soruşdum. Elə bunu demişdim ki, üzərimə gəldilər. Uşağın gözü qabağında məni o ki var döydülər. Burnum qırıldı, qan aparmışdı məni. Qan içində idim, burnumu qırmışdılar. İnşallahın da başı yarılmışdı. Oğlum məni güclə evə gətirdi. Daha sonra oğlum çıxdı evdən. Eşitdim ki, bayırda bərk səs- küy var, çıxdım çölə. Gördüm yerdə meyit var".

Şahid Gümrah Hacıyeva ifadəsində hadisənin necə baş verdiyini görmədiyini deyib.

Digər şahid Məzahir Məlikov istintaqa verdiyi ifadəni təsdiq etməyib:

"Qurban çölə çıxdı, məni söyməyə başladı. Atam işdən evə gələndən sonra birlikdə məsələni aydınlaşdırmağa getdik. Mərhumun oğlundan atasını çağırmasını istədik. Söyüşün səbəbi aydınlaşdırılanda, mübahisə yarandı. Atamı yerə yıxdılar".

İfadə verən digər azyaşlı A.A bildirib ki, anası onu atası ilə qardaşının ardınca göndərib:

“Çatanda gördüm Etiqad atamı tutub. Bunu görəndə taxtanı götürüb Etiqadın belinə vurdum. Mən İnşallahın əlində bıçaq görməmişəm ”.

Daha sonra məhkəmənin növbəti iclası 11 dekabr tarixinə təyin edilib. 

Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini İ.Hacıyev mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib.
Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, hadisə zamanı İ.Hacıyevin 18 yaşı tamam olmayıbmış.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri