Icma.az
close
up
RU
“Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil“ Qromıko; 40 il öncə bu gün...

“Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil“ Qromıko; 40 il öncə bu gün...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Mixail Qorbaçovun SSRİ-nin rəhbəri postuna gəlməsinin 40-cı ildönümüdür. Bu hadisə 1985-ci ilin mart ayının 11-də olub.

Martın 10-da Sov.İKP MK-nın baş katibi Konstantin Çernenko uzun sürən ağır xəstəlikdən sonra ölüb və ölkə başsız qalıb.

“Kreml həkimi” Yevgeni Çazov və Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri Klavdi Boqolyubov bu barədə Siyasi Bürö üzvlərinə xəbər veriblər və ölkəni idarə edənlər Kremlə toplaşıb.

Sov.İKP MK-nın təşkilati işlər üzrə katibi Yeqor Liqaçov həmin axşam şəhərdən kənarda, Qorki-10 kəndindəki bağ evində olub. Boqolyubov onu Siyasi Büro üzvlərinin və üzvlüyə namizədlərin toplaşdığı Kremlə dəvət edib. Liqaçovun Kremlə gəlməsi yarım saat çəkib.

Həmin vaxt partiyanın de-fakto “ikinci katib”i olan Mixail Qorbaçov Çernenkonun ölüm xəbərini işdən yeni qayıtdığı evində alıb. Bunu ona dostu Çazov xəbər verib.

Fövqəladə iclasın başlamasına az qalmış Qorbaçov Xarici İşlər Nazirliyinin rəhbəri və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Andrey Qromıko ilə görüşüb.

“Andrey Andreeviç, biz qüvvələri birləşdirməliyik: bu, çox vacib məqamdır. “Düşünürəm ki, hər şey aydındır...”,- Qorbaçov Qromıkoya deyib və onunla razılığa gəlib. Daha sonra o, SSRİ DTK-nın sədri Viktor Çebrikovun dəstəyini alıb.

Protokola görə, öncə dəfn komissiyası yaratmaq və onun sədrini seçmək lazım olub. O vaxtlar belə bir yazılmamış qayda olub ki, dəfn komissiyasının sədri kim seçilirsə, partiyanın rəhbəri də o olur.

Ancaq Qorbaçovun dəfn komissiyasının sədri seçilməsi avtomatik olmayıb. Yeqor Liqaçovun xatirələrinə görə, dəfn komissiyasının sədrinin seçilməsi çox çətin şəraitdə keçib.

“Bundan sonra yaranmış vəziyyətin mürəkkəbliyi dərhal üzə çıxdı: son aylarda Siyasi Büronun iclaslarını keçirən Qorbaçov sədrlik masasında otursa da, mərkəzdə yox, bir növ kənarda idi. Bu, sanki yeni baş katib məsələsinin qeyri-müəyyənliyini vurğulayırdı”, - Liqaçov yazıb.

Çernenkonun xatirəsini bir dəqiqəlik sükutla yad edən Qorbaçov ertəsi gün Sov.İKP MK-nın Siyasi Bürosunun növbəti iclasının və plenumunun keçirilməsini və yeni baş katibin rəsmən seçilməsini təklif edib. Kiminsə tələsməmək təklifinə baxmayaraq, baş katibin seçilməsi üçün görünməmiş qısa müddətə qərar verilib.

“Birdən Siyasi Büronun iclas zalında sükut çökdü. Bu açıq-aydın əsəbi və anormal fasilənin nə qədər davam etdiyini xatırlamaq indi mənim üçün çətindir, amma mənə sonsuz görünürdü”, - deyə xatirələrini yazan Liqaçov qeyd edib ki, əvvəllər baş katiblər belə gecikmələr olmadan seçilirdilər. Həm Andropov, həm də Çernenko seçləndə belə olub. Amma bu dəfə tam aydınlıq olmayıb.

Sonda Qorbaçov dəfn komissiyasının sədri seçilib. Tarixçilər qeyd edirlər ki, bu tələskənləyin xüsusi və həlledici səbəbi olub. SSRİ-nin rəhbəri olmağa iddialı şəxslərdən ikisi Kremldən kənarda, uzaqlarda imiş. Onlar gəlib çatmamış məsələni həll etmək lazım gəlib.

Baş katibliyə iddialı MK katibi Qriqori Romanov (1923-2008) Qorbaçovla rəqabət apara biləcək nüfuza sahib olub və o, Qorbaçovun dəfn komissiyasının sədri seçilməsindən yalnız Siyasi Büronun axşam iclasından sonra xəbər tutub. Həmin vaxt o, Litvada, Palanqa kurortunda istirahətdə olub. Mərkəzi Komitənin şöbə müdiri Boqolyubov onu baş vermiş hadisə ilə bağlı Kremlə çağıranda Romanov niyə daha əvvəl zəng etmədiyini soruşub və Bogolyubov ona belə cavab verib: "Mənə demədilər".

Romanov ümidsizcəsinə Moskvaya mümkün qədər tez çatmağa çalışıb. Əvvəlcə pis hava şəraitinə görə onun uçuşunu təxirə salmaq istəsələr də, MK katibi təkid edib. Onun təyyarəsi dəniz üzərində əsən güclü külək səbəbindən az qala qəzaya uğrayacaqmış.

“Heç kim Qorbaçovu ciddi hesab etmirdi, lakin biz ertəsi gün Moskvaya gələndə o, bizi gözləmədən artıq hər şeyi etmişdi. Siyasi Büroda mövcud olan qaydaların tələbinə baxmayaraq, o, artıq hamı ilə gizli sövdələşmə etmişdi”, – Qriqori Romanov illər sonra “Financial Times”-a müsahibəsində deyib.

Baş katib postuna daha bir mümkün namizəd, Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitski isə martın 10-11-də ABŞ-da səfərdə olub. Onun təyyarəsi hansısa bəhanə ilə Nyu-Yorkda saxlanılıb.

Beləliklə, 1985-ci il martın 11-də Sov.İKP MK-nın Siyasi Bürosunun növbəti iclası və plenumu keçirilib və bu iclasda Mixail Qorbaçov rəsmən baş katib seçilib. Amma buna qədər Yeqor Liqaçov xeyli hazırlıq işləri görüb. O, bir çox vilayət komitələrinin katiblərini SSRİ-nin hər yerindən Moskvadakı plenuma çağırıb və onların hamısına Qorbaçovu dəstəkləmək barədə tapşırıq verib.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Andrey Qromıko Qorbaçovla əvvəlcədən razılaşıb ki, əgər o, SSRİ-də ən yüksək hökumət vəzifəsi olan Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsini alarsa, baş katib vəzifəsinə onun namizədliyini dəstəkləyəcək. Bu barədə də razılıq əldə olunub.

Baş katibin namizədliyinin müzakirə olunduğu Siyasi Büro iclasında müxtəlif adlar səslənib. Sonda Andrey Qromıko deyib ki, tabut daşımağı dayandıracağıq. Yəni daha qoca adam baş katib olmayacaq.

“Qorbaçovun baş katibliyə namizədliyi martın 11-də keçirilən plenumda Andrey Qromıko tərəfindən təklif edildi. Siyasi Büronun iclasında Qrişin dərhal onu dəstəklədi - o, başa düşdü ki, məsələ əvvəlcədən məlum olan bir nəticədir. Siyasi Büronun bütün üzvləri və namizəd üzvləri çıxış etdilər - və hamısı Qorbaçov üçün”, - Yakovlev yazıb.

Andrey Qromıko ən yüksək dövlət vəzifəsini alsa da, tezliklə Qorbaçova görə məyus olub və oğlu Anatoliyə belə bir söz deyib: “Bu, kişi deyil, nəsə bir zınqırovdur. Dövlət papağı Senkanın başı üçün deyil”.

Üç ildən sonra Qorbaşov Qromıkonu istefaya göndərib və həmin vəzifəni özü tutub.

Qriqori Romanov Qorbaçovun dövründə vəzifədə cəmi 3 ay qalıb. Şerbitski isə öz vəzifəsini 4 il qoruya bilib.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri