Icma.az
close
up
RU
“Qoruqlar və Muzeylər Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu

“Qoruqlar və Muzeylər Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Artıq bir neçə ildir ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə geniş tərkibdə ictimaiyyətin iştirakı ilə simpoziumlar, konfranslar, forumlar, sərgilər keçirilir.

XQ xəbər verir ki, bu gün kompleksdə “Qoruqlar və Muzeylər – Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb. Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət xanım Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium öz işinə başlayıb.

Simpozium iştirakçılarını salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirib ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla 12 il ərzində 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Dr. Rəxşəndə Bayramova qeyd edib ki, keçirilən simpoziumun qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.

Çıxış edən Quba RİH-nin başçısının müavini xanım Səidə Abasova simpozium iştirakçılarını salamlayaraq simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionumuzda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələrin həyata keçirildiyini, bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində işlərin görüldüyünü söyləyib.

Daha sonra çıxış edən natiqlər simpoziumun əhəmiyyətindən danışaraq muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında “Qoruq və Muzeylərin tarixi və çağdaş rolu”, “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”,  “Abidələrin bərpası və konservasiyası”, “Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi”, “Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar”, “Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması”, “Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi”, “Qoruq və muzey menecmenti və strateji idarəetmə”, “Qoruq və Muzeylərdə inklüzivlik və əlçatanlıq”, “Qoruq və muzeylərdə süni intellekt və yeni texnologiyalar”,  “Qlobal və yerli qoruq, muzeylər arasında əməkdaşlıq imkanları”, “Sosial şəbəkələrdə qoruq və muzeylərin təbliği”, “Ədəbiyyat ilə qoruq və muzeylərin əlaqəsi: Tarixi və Mədəni İrsin İnteraktiv Təqdimatı”,  “Qoruq və muzeylərdə musiqilər vasitəsilə təqdimat” adlı mövzular ətrafında elmi müzakirələr aparılıb.

Qeyd edək ki, Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib, 100-dən çox iştirakçı qatılıb və simpoziumun materiallar toplusu hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri