Icma.az
close
up
RU
Qorxdunsa, çəkildinsə, səndən siyasətçi olmaz

Qorxdunsa, çəkildinsə, səndən siyasətçi olmaz

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

- Elşad müəliim, 1990-cı illərdən bəri siyasətdəsiniz. O vaxtkı və indiki siyasi mühit arasında hansı mühüm fərqlər var?

- O vaxtkı dövr ilə indiki dövrün fərqi ondan ibarətdir ki, biz o zaman  SSRİ adlı böyük bir imperiyadan ayrılmışdıq. Həm iqtisadi baxımdan çox çətin vəziyyətdə idik, ərazilərimiz işğal olunurdu, əhalinin müdafiə olunmaq üçün silah-sursatı yox idi. Potensial və istək olsa da, vəziyyət çox ağır idi. Eyni zamanda o dövrdə biz imperiyadan çıxdığımız üçün ümidlər daha çox idi. Fərq bundadır. İndi artıq biz müstəqilliyimizi qazanmışıq. O vaxtdan xeyli müddət keçib - təqribən 30 il ərzində ərazilərimizin böyük bir hissəsi işğal altında qalmışdı. Biz millət və dövlət olaraq toparlanıb həm ermənilər, həm də onların arxasında dayanan məkrli qüvvələr üzərində qalib gəlmişik. İşlərimizi böyük mənada həll etmişik. İndi isə mövcud reallıqlar çərçivəsində yaşayırıq.

- Milli Məclisdə Əmək və Əhalinin sosial siyasət komitəsinin sədr müavinisiniz. Hazırda ən aktual sosial problemlər hansılardır və onların həlli üçün nə kimi təşəbbüslər var?

- Əmək və əhalinin sosial siyasəti ölkənin əsas prioritet sahələrindən biridir. Milli Məclisdə də bu, əsas komitələrdən biridir. Bildiyiniz kimi, ölkəmizin büdcəsinin təqribən 41 faizi sosial yönümlüdür. Ədalətli dövlət o dövlətdir ki, əldə olunan vəsait ehtiyacı olanlara, sosial çətinlik çəkənlərə müxtəlif vasitələrlə çatdırılır. Yəni ola bilər ki, hansısa dövlətdə müəyyən qədər çox varlı insanlar olsun, amma əhalinin 90-95 faizi aclıq şəraitində yaşasın, yoxsulluq içində olsun. Belə ölkə ədalətli ölkə hesab edilmir. Ədalətli ölkə, dediyim kimi, ehtiyacı olana yardım edən ölkədir. Bizim də müxtəlif sahələrlə bağlı problemlərimiz var və biz çalışırıq ki, bu problemləri həll edək. Eyni zamanda insanlarımızın sosial yönümlü ehtiyaclarını ödəməyə çalışırıq. Sosial dövlətlərin əksəriyyəti ədalətli dövlətlər hesab olunur. Biz də sosial dövlət olmağa çalışırıq. Dediyim kimi, büdcəmizin 41 faizi sosial yönümlüdür. Biz istəyirik ki, ayrı-ayrı sahələrdə - istər azyaşlı uşaqlara, istər müavinətlərə, əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yaşlılara, pensiyaçılara və digər sosial kateqoriyalardan olan pensiya və müavinətlərin artırılması həyata keçirilsin. Şəxsən mən istəyirəm ki, bu yardımlar maksimum həddə qaldırılsın. Amma nəzərə almaq lazımdır ki, ölkənin bir büdcəsi var. Həm əmək haqqı, həm pensiyalar, həm də müavinətlər bu büdcədən verilir. Əgər istəyirik ki, əməkhaqqı və müavinətlər çox olsun, ilk növbədə ölkənin büdcəsini artırmaq lazımdır. Bunun üçün də görüləsi işlər var. Ölkəmizdə istehsalı və ixracı artırmalıyıq. Vəzifədə olan hər kəs öz tutduğu vəzifənin öhdəsindən ləyaqətlə gəlməlidir - istər hökumət, istər icra, istər məhkəmə, istərsə də parlament strukturlarında. Mən parlamentdə təmsil olunuram və qanunverici fəaliyyət ilə məşğulam. Həmçinin seçildiyim 10 saylı dairənin sakinlərinin hüquqlarını müdafiə edir, onların mənafelərini qorumağa çalışıram. Müntəzəm olaraq qəbul günləri, görüşlər keçiririk və sosial məsələlərlə bağlı müraciətlər olur. Biz də çalışırıq ki, həmin problemlərin həllinə yardım edək.

- Siyasətçi olmaq üçün əsas hansı keyfiyyətlər olmalıdır?

- Siyasətçi olmaq üçün müxtəlif keyfiyyətlər lazımdır. Bəzən belə hesab edirlər ki, siyasətçi olmaq üçün çox hiyləgər olmaq lazımdır. Mən isə hesab edirəm ki, siyasətçi olmaq üçün dürüst olmaq, savadlı olmaq, iradəli və cəsarətli olmaq lazımdır. Hədəfə doğru düz yolla getməlisən. Əgər bu yolda qorxdunsa, çəkildinsə, səndən siyasətçi olmaz. Bizim partiyamız - Böyük Azərbaycan Partiyası belə yaradılıb. Azərbaycanda partiyaların əksəriyyəti hansısa daxili və ya xarici təsirlərlə yaranıb. Biz isə partiyamızı özümüz qurmuşuq və düz yolla getmişik. Nə xarici qüvvələr bizə təsir edib, nə də hökumətdən maliyyə yardımı almışıq. Biz ağlımız və gücümüzlə, düzgün addımlarımızla parlament partiyası olmağı bacarmışıq. Bu, bizim üçün uğurlu bir addımdır. Partiyamızın adı "Böyük Azərbaycan"dır. 2003-cü il mayın 11-də "Böyük Azərbaycana doğru" şüarı ilə qurultay keçirdik. O zaman bu ad heç kəs tərəfindən qəbul olunmurdu. Amma bu gün görürük ki, bütün ölkə "Böyük Azərbaycan" yolundadır. Biz Türk birliyi yaratmaq istəyirik, o istiqamətdə hərəkət edirik, Türk Dövlətləri Təşkilatına üzv olmuşuq və s.

- Qızlarınızın Türkiyədə və ABŞ-da təhsil alaraq yüksək nailiyyətlər qazanması böyük rezonans doğurdu. Sizcə, onların uğurunun əsas səbəbi nə idi?

- Mənim qızlarım həm Türkiyədə, həm ABŞ-da, sonra da Böyük Britaniyada magistratura təhsili alıblar. Onların uğurlarının əsas səbəbi zəhmətkeş olmaları və hədəflərinə doğru dürüst addımlar atmaları olub. Onlar heç vaxt elə şərait yaratmadılar ki, mən onlara "dərs oxuyun" deməli olum. Əksinə, mən deyirdim ki, bir az fasilə verin. Ən əsas məsələ zəhmətdir. Uşaqlar hədəfə doğru dürüst və ardıcıl addımlarla gedərək, çəkdikləri əzmkarlığın bəhrəsini gördülər.

- Övladlarınızı yetişdirərkən onlara ən çox nəyi aşılamağa çalışmısınız?

- Mən birinci növbədə dürüstlüyü tövsiyə etmişəm. Dürüst olmaq, özünü, ailəni, cəmiyyəti aldatmamaq lazımdır. Yalançılığa nifrət edirəm. Zəhmətkeş olmaq da vacibdir. Hər bir insanın hədəfi olmalıdır. Əgər hədəfi yoxdursa, hansı istiqamətə getdiyini də bilmir. Hədəf olmalıdır və o hədəfə doğru əmin addımlarla irəliləməlidir. Eyni zamanda hər kəs özünə inanmalıdır. Özünəinam olmadan heç nə mümkün deyil. Uşaqlar valideynlərinin və təcrübəli böyüklərin sözlərinə qulaq asmalıdırlar. Onların həyat təcrübəsi var. Bəzən yeniyetmələr elə bilirlər ki, onlardan güclü heç kim yoxdur. Valideynlərin dediklərini köhnə və ya pessimist fikirlər hesab edirlər. Amma bu, belə deyil, təcrübədən öyrənmək lazımdır. Mən hesab edirəm ki, bu, xüsusilə uşaqlar  və yeniyetmələr üçün vacibdir.

Məryəm BAĞIROVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri