Qoşqar Təhməzliyə yaxın daha bir şirkətə 3,1 milyonluq sifariş
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Sosial Xidmətlər Agentliyi "Hünər-İnşaat" Firması ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 3 186 650 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Hünər-İnşaat” MMC 12 dekabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 7A, mənzil 136, məhəllə 1911-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə "Hünər-İnşaat” MMC haqqında heç bir məlumat yoxdur.
Yunis Nəbiyevə gəlincə, araşdırmalarımız zamanı məlum olub ki, o, 2024-cü ilədək "6-cı mərtəbə" Müstəqil Şirkətinin rəhbəri vəzifəsində çalışıb. Hazırda şirkətin rəhbəri Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Mediada gedən məlumatlardan aydın olur ki, "Hünər-İnşaat" MMC də Qoşqar Təhməzliyə yaxın şirkətdir. "Hünər-İnşaat" MMC-nin Qoşqar Təhməzlinin təsisçisi olduğu "Medeks" MMC ilə eyni hüquqi ünvanda yerləşməsi bu iddiaların əsasız olmadığına şübhələri artırır.
Yeri gəlmişkən, bir neçə gün əvvəl "Medeks" MMC İnnovasiya və Təchizat Mərkəzinin tibbi sərf mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 865 346,51 manatdır.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















