Icma.az
close
up
RU
Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi... STARTAP LAYİHƏSİ

Qoşqarçay üzərində bəndlər, Günəş, su və külək enerjisi... STARTAP LAYİHƏSİ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Professor: “Tamamlanmayan bir neçə texniki məsələ qalıb”

Gəncə, 8 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Energetika və elektrik mühəndisliyi kafedrasının professoru Siyasət Məmmədov tərəfindən alternativ enerji resurslarından kompleks istifadə ilə bağlı layihə hazırlanıb. Layihədə Daşkəsən rayonu ərazisindən axan və Kür çayının qolu olan Qoşqarçay üzərində quraşdırılacaq bəndlər və qurğular vasitəsilə Günəş, su və külək enerjisi birgə toplanaraq istifadə olunması nəzərdə tutulub.

AZƏRTAC-ın bölgə müxbiri Siyasət Məmmədovla görüşüb, layihənin üstünlükləri barədə məlumat əldə edib. Siyasət Məmmədov bildirib ki, layihə “Daşkəsən rayonunun Qoşqar çayının alternativ enerji potensialından istifadənin texniki-iqtisadi əsaslandırılması” adı altında Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçərək şəhadətnamə alıb.

“Bu layihə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı rəhbər tutularaq həyata keçirilib. Uzun müddət Günəş, su və külək enerjisindən birgə istifadə ilə bağlı düşündüm və layihəni ərsəyə gətirdim. Layihənin mini maketi də hazırdır. Tələbə və gənc mütəxəssislərə müəyyən bilikləri aşılamağa da çalışırq. Tamamlanmayan bir neçə texniki məsələ qalıb ki, onlardan biri də Günəş, su və külək enerjisini bir yerə toplayıb işləyən qurğudur. Qurğunu hazırlaya bilsək, gələcəkdə bərpaolunan enerji mənbələrindən kompleks istifadə sahəsində yeni cığır açmış olacağıq”, - deyə o əlavə edib.

Universitet mühitində bu cür startapların işlənməsi xüsusilə tələbə və gənc mütəxəssislər üçün praktiki biliklərə daha dərindən yiyələnməyə geniş fürsət yaradır. Tələbələrə alternativ enerji mənbələrindən səmərəli istifadə ilə bağlı geniş məlumat da verilir.

“Bildiyimiz kimi, ənənəvi yanacaq növləri olan daş, kömür və neft zaman keçdikcə tükənir. Ona görə alternativ enerji mənbələrindən istifadə ölkəmizdə və dünyada böyük əhəmiyyətə malikdir. Siyasət müəllimin rəhbərliyi altında biz bu layihə üzərində işləyir, çatışmayan cəhətləri tamamlayırıq. Ümid edirəm ki, bu layihə ölkəmizin energetika sisteminə töhfə verəcək,” – deyə Energetika və elektrik mühəndisliyi kafedrasının assistenti Evin Hüseynov deyib.

Qeyd edək ki, Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə dövlətin enerji siyasətində prioritet istiqamətlərdən biridir. Ölkə Günəş, külək, bioenerji və kiçik su elektrik stansiyaları kimi mənbələr üzrə böyük potensiala malikdir. Son illərdə bu sahədə qanunvericilik təkmilləşdirilib, xarici investorlar üçün əlverişli şərait yaradılıb və iri layihələrin icrasına başlanılıb. Məqsəd 2030-cu ilə qədər elektrik enerjisi istehsalının ən azı 30 faizini bərpaolunan mənbələr hesabına təmin etmək, enerji təhlükəsizliyini artırmaq və ətraf mühiti qorumaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri