Icma.az
close
up
RU
Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq MÜSAHİBƏ

Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq MÜSAHİBƏ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Rəqəmsal texnologiyaların sürətli inkişafı alış-veriş vərdişlərinə və müştəri loyallığı yanaşmalarına da yeni istiqamətlər qazandırır. İstifadəçilər artıq daha rahat, şəffaf və real üstünlüklər təqdim edən rəqəmsal həllərə üstünlük verirlər. Azərbaycanda bu sahədə diqqətçəkən təşəbbüslərdən biri də rəqəmsal endirim və loyallıq platforması olan “Sale365”dir. Platforma istifadəçilərə gündəlik alış-veriş zamanı birbaşa endirimlərdən yararlanmaq imkanı yaradır, eyni zamanda bizneslərin daha geniş müştəri auditoriyasına çıxışını dəstəkləyir. Layihəyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnaməsi verilib.

SİA-nın məlumatına görə, “Sale365”in yaranma ideyası, bazara gətirdiyi yeniliklər və gələcək inkişaf planları barədə platformanın təsisçisi və icraçı direktoru Sədan Bünyatova AZƏRTAC-ın suallarını cavablandırıb.

- Rəqəmsal endirim və loyallıq platformalarına marağın artmasının əsas səbəbləri nələrdir və bu tendensiya Azərbaycanda necə formalaşır?

- Son illərdə insanların alış davranışı daha rasional və daha sürətli olub. Artıq istifadəçi kampaniya axtarmaq üçün vaxt sərf etmək istəmir, birbaşa real və işlək təklif görmək istəyir. Rəqəmsal endirim platformalarına marağın artmasının əsas səbəbi də məhz budur. Rahatlıq, şəffaflıq və dərhal fayda. Azərbaycanda da istifadəçi davranışında bu dəyişimi artıq açıq şəkildə görürük. Mobil tətbiqlərə etibar artır və seçimlər daha məlumatlı şəkildə edilir. Qənaət təsadüfi qərar deyil, planlı yanaşmaya çevrilir. Endirim anlayışı da dəyişir. Təsadüfi kampaniyadan sistemli üstünlüyə doğru keçid baş verir. Biz “Sale365”də endirimi müvəqqəti aksiya kimi deyil, davamlı üstünlük kimi təqdim edirik. Çünki istifadəçi üçün əsas olan sabit və güvənilən faydadır.

- Şirkətlərin əməkdaşlar üçün nəzərdə tutulan endirim platformaları HR strategiyasının hansı boşluğunu doldurur və bu yanaşma əməkdaş məmnuniyyətinə necə təsir göstərir?

- Bu gün şirkətlər üçün əsas çağırış əməkdaşın gündəlik həyatında real hiss olunan dəyər yaratmaqdır. Rəqabətqabiliyyətli maaş və klassik sosial paket təbii ki, əsasdır. Amma bu gün əməkdaş üçün dəyər anlayışı bununla məhdudlaşmır. Əməkdaş şirkətin ona yaratdığı əlavə üstünlüyü real şəkildə hiss etmək istəyir. Endirim platformaları məhz bu nöqtədə konkret və gündəlik hiss olunan dəyər yaradır. Alış zamanı edilən qənaət abstrakt bir benefit deyil, real və ölçülə bilən üstünlüyə çevrilir. Bu da məmnuniyyətə və şirkətə bağlılığa müsbət təsir göstərir. “Sale365” bu baxımdan həm HR üçün praktik və ölçülə bilən bir alətdir, həm də şirkət üçün əməkdaş məmnuniyyətini və bağlılığını gücləndirən əlavə dəyər mexanizmidir. Qənaət konkret rəqəmlərlə görünür və nəticə həm əməkdaş, həm də işəgötürən üçün hiss olunur.

- Birbaşa endirim modeli bonus və keşbək olmadan istifadəçi davranışı baxımından hansı üstünlüklər yaradır və bu modelin dayanıqlılığı necə təmin olunur?

- İstifadəçinin sadə və dərhal nəticə görməsi bizim üçün əsas prinsip oldu, buna görə də model birbaşa endirim üzərində quruldu. Çünki istifadəçi sadəlik istəyir. Xal toplamaq, müddət gözləmək və mürəkkəb mexanizmlərlə məşğul olmaq artıq əvvəlki qədər cəlbedici deyil. Birbaşa endirim dərhal nəticə göstərir. İstifadəçi ödəniş zamanı qənaəti görür və bu, güvən yaradır. O bilir ki, tətbiqə daxil olduqda real və tətbiq olunan təkliflərlə qarşılaşacaq. Modelin dayanıqlılığı qısa müddətli kampaniyalardan deyil, uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqlardan formalaşır. Sistem davamlı əməkdaşlıq prinsipi üzərində qurulub və bu da sabit inkişaf üçün əsas yaradır.

- Belə platformalarda partnyor şəbəkəsinin genişlənməsi hansı meyarlar əsasında aparılmalıdır ki, həm istifadəçi, həm də biznes üçün real fayda yaransın?

- Partnyor şəbəkəsi kəmiyyət üzərində deyil, keyfiyyət üzərində qurulmalıdır. Əsas meyar istifadəçinin gündəlik ehtiyaclarına cavab verən kateqoriyaların balanslı şəkildə təqdim olunmasıdır. Endirim real və praktik olmalıdır, sadəcə diqqət çəkmək üçün deyil. Eyni zamanda, partnyorun reputasiyası və xidmət keyfiyyəti önəmlidir. Çünki platformada yer alan hər brend istifadəçi təcrübəsinə birbaşa təsir edir. Sağlam ekosistem yalnız qarşılıqlı fayda prinsipi ilə qurula bilər. İstifadəçi qənaət edir, biznes isə yeni və loyallığa meyilli auditoriya qazanır.

- Rəqəmsal endirim platformalarının kiçik və orta bizneslər üçün satış və müştəri loyallığı baxımından rolu nə qədər effektivdir?

- Kiçik və orta bizneslər üçün belə platformalar hədəfli auditoriyaya çıxış imkanı yaradır. Ənənəvi reklamdan fərqli olaraq, burada təklif konkret və artıq sistem daxilində aktiv istifadəçilərə yönəlir.

Bu, satışların artmasına və təkrar alışların formalaşmasına təsir edir. Çox zaman istifadəçi endirim vasitəsilə brendlə ilk dəfə tanış olur. Əgər təcrübə müsbətdirsə, artıq loyallıq yaranır və münasibət uzunmüddətli olur.

- Gələcəkdə bu sahədə hansı texnoloji yeniliklər bazarın inkişafına ciddi təsir göstərə bilər?

- Gələcək fərdiləşdirmə üzərində qurulacaq. Data analitikası və süni intellekt istifadəçi davranışını daha dərindən analiz etməyə imkan verəcək. İstifadəçinin əvvəlki istifadəsi və prioritetlərinə əsaslanaraq təkliflər ilkin olaraq ona uyğun formada təqdim olunacaq. Daha sonra sistem fərqli kateqoriyalardan da uyğun təklifləri sınaq və öyrənmə mexanizmi ilə təqdim edəcək. Bu yanaşma həm istifadəçi üçün tanış və rahat olacaq, həm də yeni və kəşf ediləcək imkanlar təqdim edəcək. Gələcəkdə isə gamifikasiya və interaktiv fərdiləşdirmə ilə alış prosesi daha əyləncəli və motivasiyaedici olacaq. Sistem istifadəçinin davranışını öyrənərək həm fərdi təkliflər, həm də onun maraq dairəsinə uyğun aksiyalar təqdim edəcək. Eyni zamanda omni-kanal inteqrasiya sayəsində istifadəçi tətbiqdən kənarda, məsələn veb, e-poçt və push bildirişlər vasitəsilə də prioritetlərinə uyğun təkliflər ala biləcək. Biz inanırıq ki, bu yanaşma “Sale365”i daha ağıllı, intuitiv və davamlı öyrənən platforma edəcək, istifadəçi təcrübəsini maksimuma çatdıracaq və biznes üçün real dəyər yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri