Icma.az
close
up
RU
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı festivala hazırlaşır

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı festivala hazırlaşır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 avqust, AZƏRTAC

Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) “#YouthLead Dialogues” adlı tədbir keçirilib.

QHGT-dən AZƏRTAC-a bildirilib ki, bu görüş gənclərin təşəbbüsü ilə həyata keçirilən və BMT Baş Assambleyası çərçivəsində təşkil olunan #YouthLead Festivalına hazırlıq məqsədi daşıyır. #YouthLead Festivalı BMT Baş Assambleyası zamanı bir həftəlik hərəkata çevriləcək və Gənclər üçün Dünya Fəaliyyət Proqramının (WPAY) 30 illiyinə həsr olunmuş yüksək səviyyəli görüşlə yekunlaşacaq. Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobal irəliləyişi sürətləndirmək” olacaq.

Tədbirdə çıxış edən QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüziv nəticələr əldə edilməsində əhəmiyyətini vurğulayıb.

Ardınca BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək gənclərin yenilikçi, yaradıcı və qətiyyətli xarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığına toxunub.

Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub. Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarası əməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobal səviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.

QHGT-nin BMT-nin ölkəmizdə Rezident Əlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyi ənənəvi dialoq panel müzakirəsi formatında davam edib.

Tədbirdə iştirak edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin əməkdaşları ilə yanaşı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat uzunmüddətli ərzaq təhlükəsizliyinin nəsillərarası xarakter daşıdığını vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Proqram rəhbəri Anna Soave öz növbəsində gələcəyin inklüziv şəhərləri konsepsiyası və gənclərin inklüziv, təhlükəsiz, və dayanıqlı şəhər inkişafının təşviqində rolundan bəhs edib.

Müxtəlif nəsilləri bir araya gətirərək həmrəylik və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan tədbir gənclərə sadəcə dinləyici yox, fəal iştirakçı olmaq imkanı yaradıb.

QHGT Katibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”, “Arzuladığımız gələcək: gənclər üçün uyğun bir dünya” və “Dəyişimin toxumları: baş verən yeniliklər” mövzularını əhatə edib.

Sessiyalar zamanı iştirakçılar gənclərin prioritetləri, onların qarşılaşdığı maneələr, gələcək üçün planları və bu istiqamətdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar. Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxın gənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşən Milli Bölmə təmsilçiləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərini bölüşüblər.

Qeyd edək ki, hazırda QHGT 59 milli bölmə və yüzlərlə üzv ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqu gücləndirmək, gənclərin səsini qlobal platformalara çatdırmaq məqsədilə fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri