Icma.az
close
up
RU
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı festivala hazırlaşır

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı festivala hazırlaşır

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobal irəliləyişi sürətləndirmək” olacaq

Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) “#YouthLead Dialogues” adlı tədbir keçirilib.

QHGT-dən AYNA.AZ-a bildirilib ki, bu görüş gənclərin təşəbbüsü ilə həyata keçirilən və BMT Baş Assambleyası çərçivəsində təşkil olunan #YouthLead Festivalına hazırlıq məqsədi daşıyır. #YouthLead Festivalı BMT Baş Assambleyası zamanı bir həftəlik hərəkata çevriləcək və Gənclər üçün Dünya Fəaliyyət Proqramının (WPAY) 30 illiyinə həsr olunmuş yüksək səviyyəli görüşlə yekunlaşacaq. Görüşün əsas mövzusu “Nəsillərarası əməkdaşlıq yolu ilə qlobal irəliləyişi sürətləndirmək” olacaq.

Tədbirdə çıxış edən QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüziv nəticələr əldə edilməsində əhəmiyyətini vurğulayıb.

Ardınca BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək gənclərin yenilikçi, yaradıcı və qətiyyətli xarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığına toxunub.

Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub. Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarası əməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobal səviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.

QHGT-nin BMT-nin ölkəmizdə Rezident Əlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyi ənənəvi dialoq panel müzakirəsi formatında davam edib.

Tədbirdə iştirak edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin əməkdaşları ilə yanaşı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat uzunmüddətli ərzaq təhlükəsizliyinin nəsillərarası xarakter daşıdığını vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Proqram rəhbəri Anna Soave öz növbəsində gələcəyin inklüziv şəhərləri konsepsiyası və gənclərin inklüziv, təhlükəsiz, və dayanıqlı şəhər inkişafının təşviqində rolundan bəhs edib.

Müxtəlif nəsilləri bir araya gətirərək həmrəylik və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan tədbir gənclərə sadəcə dinləyici yox, fəal iştirakçı olmaq imkanı yaradıb.

QHGT Katibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”, “Arzuladığımız gələcək: gənclər üçün uyğun bir dünya” və “Dəyişimin toxumları: baş verən yeniliklər” mövzularını əhatə edib.

Sessiyalar zamanı iştirakçılar gənclərin prioritetləri, onların qarşılaşdığı maneələr, gələcək üçün planları və bu istiqamətdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar. Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxın gənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşən Milli Bölmə təmsilçiləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərini bölüşüblər.

Qeyd edək ki, hazırda QHGT 59 milli bölmə və yüzlərlə üzv ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqu gücləndirmək, gənclərin səsini qlobal platformalara çatdırmaq məqsədilə fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri