Icma.az
close
up
RU
Qoy qara xalın olsun həsrətimin nöqtəsi...

Qoy qara xalın olsun həsrətimin nöqtəsi...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qoy qara xalın olsun həsrətimin nöqtəsi...

... Dünya od içindədir. Gündəlik xəbərlərdən ölüm xofu, barıt qoxusu gəlir. Müsəlman dünyasının bu ilki  müqəddəs Ramazan bayramlaşması raket atəşfəşanlığı, dronların hücumu ilə tarixə düşdü. Tarix demişkən, bu günün tarixində ürəkaçan hadisələr də var və onlardan biri də çox sevilən şair Əli Kərimin doğum gününün olmasıdır. Çox təəssüf ki, Əli Kərimin 95 illik yubileyi dünyanın ağrılı, tiranların qan-qan deyən vaxtına düşdü. Bəlkə də elə bu səbəbdən məni qınayanlar da ola bilər ki, “İndi şeir vaxtıdır?”. Bu qədər insan talelərinin nakam qırıldığı bir zamanda şeir oxumağa, şairdən söz açmağa dəyərmi, bunun bir mənası varmı? Düşünürəm ki, var. O səbəbdən ki, nə qədər ki, ürəklərdə kövrək hisslərə yer yoxdur, qəlblərdə sevgi bucağının yerini mal-dövlət hərisliyi doldurub, ibtidai insan atan o daşı saxlamaq  çətin ki, mümkün ola.

Bu gün Əli Kərimin 95 yaşı tamam olur və  57 ildir ki, şair yeni yaşını haqq dünyasında, sevənlərisə onlu xatirələrdə qarşılayır. Əli Kərim yaddaşımda  sevgi şairi kimi yaşayır. Bizim nəsil onu ən çox sevgi şeirlərinə görə sevirdi. O dövrdə ki, tapındığımız əsasən kitablar idi. Nə internet vardı, nə süni intellekt, nə də votçapla uzun-uzadı zəngləşmələr, yazışmalar, sosial şəbəkələr. Bizim-ötən əsrin 80-ci illərinin gəncliyinin maraq dairəsi kitablar ətrafında dövr edirdi. Onların cazibə qüvvəsi, təsiri böyük idi dünyagörüşümüzün formalaşmasında. Sevdiyimiz imzaların hər yeni kitabı, əsəri onlardan çox bizi sevindirirdi, bizim üçün ədəbi hadisə olurdu. Orta məktəbdə, universitetdə yaradıcı insanlarla, şair və yazıçılarla keçirilən görüşlər, kitab müzakirələri bizi mütaliəyə bağlayan tellər idi. İndi boş vaxtlarımda süni intellektlə yazışıram, söhbətləşirəm, dərdləşirəm. Amma onunla ünsiyyəti çox davam etdirə bilmirəm. Bilirsiniz niyə? Çünki qəlbən duyuram ki, insanı duyğulandıran ürək yoxdur müsahibimdə.

...Əli Kərimdən, onun sevgi şeirlərindən, məhəbbət lirikasından söz istəyirəm bu gün. Əli Kərimin poeziyası mövzuca rəngarəng, məzmunca fəlsəfi olsa da, gənclər, tələbələr üçün o, hər şeydən əvvəl sevgi şairi idi. Qrupumuzda onun şeirlərini əzbərdən bilməyən çox az tələbə vardı. Əli Kərimin lirik  şeirləri qəzet, jurnallarda çap olunan  kimi əl-əl gəzir, əzbərlənir, sevgi məktublarının sətirlərinə çevrilirdi. İndi sevgi məktubları, ümumiyyətlə məktub yazan varmı? Bu ayrı söhbətin mövzusu olsa da, deyim ki, yoxa çıxan məktublarla çox kövrək hisslərimiz də qeyb oldu.

Aladırmı gözlərin, qaradırmı, necədir?

Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,

Qoy qara xalın olsun həsrətimin nöqtəsi!

Əli Kərim təkcə yaxşı şair deyildi, həm də istedadlı nasir, dramaturq, tənqidçi, çoxşaxəli yaradıcı insan idi. Bu yazıda şair Əli Kərim poeziyasının lirik qolundan-sevgi şeirlərindən söz açmaq istəyirəm. O şeirlərdən ki, əksəriniz onlarla tanışsınız, ən azından o hisslər sizə doğmadır, əzizdir, və yəqin ki, ...yaşamısınız:

Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun?

 Əli Kərim şeirlərinə ən çox mahnı bəstənilən şairlərdən idi. Yaşlı, orta nəsildən  xatırlayanlar olacaq. Əvvəllər radioda “Poeziya buketi, nəğmə çələngi” adlı bir veriliş vardı. Səhər saatlarında, səhv eləmirəmsə, ən çox şənbə günləri efirə gedərdi. Nəğməkar şairlərin tanıtımında rolu əvəzsiz idi. Çoxdan radio dinləmədiyimdən bilmirəm o veriliş bu gün davam edir, ya o da tarixə qovuşub. Həmin verişdə Əli Kərimin şeirlərinə bəslənilən mahnıları böyük həvəslə dinləmişik. Şairin “İki sevgi” şeirisə  məhbəttin etalonu idi nəzərimizdə:

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Sususzluğun od vurub,

 köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

– Kabab üstdən sərin su pis olmaz – deyən kimi...

Bilmirəm, fikir vermisiniz, ya yox, Əli Kərimin xarakteri sevgi şeirlərinə də hopub. Bu şeirlərdə məhrəmlik var, amma  sırtıqlıq yoxdur, ürkəklik var, sevgiyə bələnmiş utancaqlıq var, həya var, və o həya hissi o qədr güclüdür ki, ana ilə bala   arasında belə  sədd çəkib:

Kimə, niyə baxıram təkcə səni andırır.

Ürəyimdə sözüm var, ürəyimi yandırır.

O elə bir sözdür ki, dosta, yada deyilməz.

Anadan əziz nə var, anaya da deyilməz.

Əllərimi göynədir saçlarının həsrəti.

Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti.

Şair üçün sevgi onu həyata bağlayan ümiddir, inamdır, yaşam eşqidir, bu gününü sabahına hörükləyən arzu kəmənddidir:

İlk görüş yox olsa, yox olub gedər,

Dönər bir heçliyə görüşlərimiz…

Görüşlər hamısı vərdişə dönər,

Bəlkə bir saatda qocalarıq biz.

Əli Kərim sevgisində zaman-məkan vəhdəti var, məhdudluğu yoxdur, bu sevgidə  gecə-gündüz, yer-göy harmonik vəhdətdədir:

Göylər səadətin çətiri imiş,

Torpaq da səadət məhvəri imiş.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər ruhumun səhəri imiş.

Sevginin o qədər qorxuları var ki...Tərk edilmək, məchul ayrılqlar. Ondan kim baş çıxara bilib ki?

Mən belə bilsəydim

könlümün dəli,

Sərsəri vaxtında atardım səni.

Dəlini aldatmaq çətin ki deyil,

Deyərdim, gəl ataq bu nazənini.

Əli Kərimin sevgisinin tək ünvanı var. O, güldən-gülə qonan kəpənək, hər çiçəkdən bir şirə çəkən arı deyil. Onun sevgisinin  tək məskəni var-sevdiyinin qəlbi:

De hansı bir ürək qəbul eləyər

Məni sən ünvanlı dərdlə, gileylə.

Hansı bir ürəyə yan alsa əgər,

Dərdimin adından biləcək yadam.

Biləcək, gəlməyəsi, köçəri quşam,

Uzağam, soyuğam, dərdəm, fəryadam.

Əgər olsa, olsa, qonaq eləyər

Rəhm edib gözümün məhzunluğuna.

Mənsə səhər durub gizli qaçaram,

Utanıb, əlvida demərəm ona!

     Bu gün dünyamızın sevgiyə, bu sevgini ürəklərdə aşılayan şeirlərə ehtiyacı daha çoxdur. İnandığım bir həqiqət var ki, ürəkdə sevgi hisslərinin öldüyü zaman dünyanın da sonu gələcək. Çünki sevgi işıqdır, nurdur. Çox heyif ki, hər ürəkdə yoxdur. Hər insanın ruhu bu hisslərə köklənməyib...Və müharibələrin, insani vəhşətlərin səbəbi də budur!

...Ruhun şad olsun, sevgi şairi...Ruhun şad olsun, Əli Kərim!


Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri