Icma.az
close
up
RU
“Qoyun quzunu limuzində daşımalıdırlar?!” Rəsmi cavab

“Qoyun quzunu limuzində daşımalıdırlar?!” Rəsmi cavab

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərar müzakirələrə səbəb olub. Bir qisim bu yeniliyin antisanitar vəziyyətin qarşısını almağa kömək edəcəyini desə də, digərləri yeni qərarı sahibkarlara maneə kimi qiymətləndiriblər.

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, belə qərarlar qiymətləri artırır. İqtisadçı qurumu iş adamlarını məhdudlaşdırmaqda ittiham edib: “Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!”

N.Cəfərli bu tipli qərarların gələcəkdə iqtisadi daralmanı sürətləndirəcəyini düşünür: “Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır”.

Məsələ ilə ələqadər AQTA-dan Ucnoqta.az-a bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib: “Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək.

Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir”.

Qeyd olunub ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir: “Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir”.

Agentlik əlavə edib ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması və bu tarixədək keçid dövrünün müəyyən edilməsi də məhz sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxt yaradılması məqsədi daşıyır: “Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri