Icma.az
close
up
RU
Çoban Vəfanın “qoyun sürüsü”

Çoban Vəfanın “qoyun sürüsü”

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Vəfa Şərifovanı kimlərsə yamanca əsəbiləşdirib. Özündən çıxan müğənni üzünü xalqa tutaraq, onu tanıyan, bilən hər kəsi “qoyun” adlandırıb. İnsan kiməsə əsəbiləşə, özündən çıxa bilər. Ancaq bütöv bir xalqı qoyuna bənzədəcək qədər harınlamaq heç də yaxşı hal deyil.

Axı sən bütün izləyiciləri, səni adam yerinə qoyanları necə təhqir edə bilərsən? Bu ixtiyarı sənə kim verib? Sənin xətrinə dəyən bir-iki nəfərə görə xalqın nə günahı var? Necə olur ki, sən bu xalqın pulu ilə məşhurlaş, xalqın çörəyini ye, övladlarının xoş günlərində yuxarı başda otur, sonda da onları “qoyun” adlandır.

Əslində, günah Vəfada yox, ünvanına təriflər yağdırıb onu göylərə qaldıranlarda, “ulduz” edənlərdədir. Məhz həmin şəxslər sürü psixologiyası ilə davranır. “Baboş” kimiləri məşhur edib bütün Azərbaycana tanıtdıran, bu yolla onlara pul qazanmaqda yardımçı olan məhz onlardır. Bayramın tamaşasına doymayan, hər yerdə onun gözəlliyindən danışan da bu qəbildən olanlardır. Bəli, sürü psixologiyasının nəticəsində “Məmiş”in səviyyəsiz “Mamama demə” mahnısı gündəmə bomba kimi düşdü, onu bir anda məşhur etdi. Hələ “TikTok”da söyüşləri, açıq-saçıq geyimləri ilə məşhurlaşan qadınları demirəm…

Demək, iki gün araşdırma edib maarifləndirici mövzu üzərində işlədim, insanları saxtakar psixoloqlardan, dələduz falçılardan necə uzaq tutmaq lazım olduğunu izah etmək üçün mütəxəssislərin fikirlərini öyrəndim. Millət vəkili, din xadimi, klinik-psixoloq danışdırdım. Təxminən 9 min işarəlik bir yazı ərsəyə gəldi. Xəbər saytda çıxan günü təsadüfən müğənni Vəfanın üzünü xalqa tutaraq “görün siz neçə nəfərsiz, mən təm-təkəm. Sizi belə birləşmiş görəndə özümü çobana oxşadıram. Mən çobanam, siz də qoyun sürüsü” deyərək, paylaşdığı video qarşıma çıxdı. Bu hadisəyə nə qədər məyus olsam da, bir, iki cümlə yazıb onu da xəbər etdim. Nəticədə üstündə iki gün çalışdığım yazı bizə min, iki dəqiqəyə hazırladığım “yazı” isə on min oxucu qazandırdı. Buradan belə aydın olur ki, aramızda səviyyəsiz mahnılara qulaq asmağa, qeybət tipli verilişlərə baxmağa, şou xəbərlər oxumağa həvəslilər daha çoxdur.

Nə qədər ki, özümüzə dəyər verməyəcəyik, müstəqil qərar verməkdə çətinlik çəkəcəyik, beş qəpiyə dəyməyən adamlara on minlər verib toylarımıza gətirəcəyik, sosial şəbəkələrdə layk edib təriflər yağdıracağıq, bu cılızların arxasına düşüb gedəcəyik, elə o vaxta qədər də Vəfa kimilər özünü “çoban” bizi isə “qoyun” adlandıracaq.

Gülnar Süleymanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://publika.az
archiveBu xəbər 05 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri