Icma.az
close
up
RU
Qoyuna görə həbs edilə bilər Vəkildən açıqlama

Qoyuna görə həbs edilə bilər Vəkildən açıqlama

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda qoyunun döyülməsi və görüntülərin çəkilərək sosial şəbəkələrdə yayılması geniş ictimai narazılığa səbəb olub.

Heyvana işgəncə verən şəxsi qanunla hansı cəzalar gözləməlidir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, “Heyvanların mühafizəsi haqqında” Qanun heyvanlara əzab verilməsi, işgəncə olunması və qəddar rəftarın bütün formalarını qadağan edir:

“Qanunun 7-ci maddəsinə əsasən heyvanlara işgəncə vermək və onlara qəsdən əzab yetirmək hüquqi məsuliyyət yaradır. Bu müddəa həmin hadisənin hüquqi qiymətləndirilməsi üçün əsas normativ bazanı təşkil edir. Əgər hərəkət ağır nəticələr doğurmursa, məsuliyyət İnzibati Xətalar Məcəlləsi üzrə tətbiq edilə bilər. Heyvanlara qəddar rəftar maddəsinə əsasən, fiziki şəxslər 100–200, vəzifəli şəxslər 400–600, hüquqi şəxslər isə 1000–1500 manat məbləğində cərimə edilir”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, Samuxdakı hadisə mövcud tərkibə görə yalnız cərimə ilə məhdudlaşmaya bilər:

“Heyvana işgəncə nəticəsində onun öldürülməsi, xəstələnməsi və ya şikəst edilməsi baş veribsə, məsuliyyət Cinayət Məcəlləsinin (CM) 274-1-ci maddəsi üzrə müəyyən edilir. Bu maddəyə əsasən, 200–400 saat ictimai iş və ya 1 ilədək azadlıqdan məhrumetmənin tətbiqi mümkündür. Eyni zamanda hadisənin videoya çəkilərək sosial mediada yayılması cəmiyyətə qarşı hörmətsizlik, qanun pozuntusunun təşviqi, qəddarlığın təbliği kimi halları ehtiva etdiyindən (CM) 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal hesab edilə bilər. Heyvan sahibi hüquqları pozulduğu üçün Mülki Məcəlləyə əsasən maddi ziyanın ödənilməsini də tələb edə bilər. Əgər psixoloji zərər sübuta yetirilərsə, mənəvi ziyanla bağlı iddia qaldırmaq olar”.

Ellada Bayramovanın sözlərinə görə, Samuxda baş verən hadisə hüquqi baxımdan inzibati xəta deyil, cinayət xarakterli əməl kimi qiymətləndirilməlidir:

“Həm işgəncə faktı, həm görüntülərin paylaşılması, həm də ictimai əxlaqın təhqiri hadisənin təhlükəlilik dərəcəsini artırır. Heyvanlara işgəncə ilə bağlı cinayət məsuliyyəti sərtləşdirilməli, azadlıqdan məhrumetmə müddəti artırılmalıdır. Təhsil müəssisələrində heyvanlara münasibətdə etika mövzuları tədris edilməlidir. Qeyri-hökumət təşkilatları ilə birgə monitorinq və nəzarət mexanizmləri gücləndirilməlidir. Media platformalarında zorakılığın təbliğinə qarşı sanksiya tədbirləri sərtləşdirilməlidir”.

Qeyd edək ki, Samuxda heyvana işgəncə verən V. Bayramquliyev tutulub. Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri