Icma.az
close
up
RU
“Şərurlu İsfəndiyar” haqda həbs qərarı? Vəkildən mühüm açıqlama

“Şərurlu İsfəndiyar” haqda həbs qərarı? Vəkildən mühüm açıqlama

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun son etirafları ciddi müzakirələrə səbəb olub. Onun müsahibədə açıq şəkildə oğurluq etdiyini deməsi və bu halların təsadüfi olmadığını vurğulaması məsələyə hüquqi prizmadan yanaşılmasını gündəmə gətirib.

Sitat: “Heç vaxt bunu gizlətməmişəm. Böyük oğurluqlar da olub. Desəm, bəlkə də dəhşətə gələrsiniz. Məsələn, dəvə oğurlamışam. O vaxtlar cavan idim, dəvələrə baxırdım, otarırdım. Bir gün dəvələrimi oğurladılar. Mən də dedim ki, başqa yolum yoxdur, məni tutacaqlar. Atıma minib üç-dörd sutka yol getdim. Yolda qarşıma dəvələr çıxdı, onları götürüb öz dəvələrimin yerinə apardım. 3 dəvə oğurlamışam”.

Bundan əlavə, o, Şərurda yaşadığı vaxtlarda Ermənistandan keçən vaqonlardan bəyəndiklərini özünə ayırtdırdığını da bildirib. Deyib ki, yüklə dolu 30 vaqon oğurlayıb.

Bu etiraflar hüquqi nəticələr doğura bilərmi? Neçə müddət keçdikdən sonra belə cinayətlərə xitam verilir? Əgər müddət keçməyibsə, onun dediklərinə əsasən hansı maddə ilə və neçə il müddətinə azadlıqdan məhrum edilməsi mümkündür?

Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov bildirib ki, bu məsələdə əsas diqqət yetirilməli məqam cinayətin törədildiyi vaxtdır.

Onun sözlərinə görə, hüquqi qiymət verilməsi üçün ilk növbədə əməlin hansı dövrdə baş verdiyi dəqiqləşdirilməlidir:

Rəsul Cəfərov

“Səsləndirilən açıqlamalardan ən azı ağır cinayət kateqoriyasına aid edilə bilən bir əməlin törədildiyi anlaşılır. Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 12 ildir. Əgər cinayət əməlinin törədilməsindən 12 il keçibsə və bu müddətdən sonra fakt üzə çıxırsa, şəxs cinayət məsuliyyətindən azad olunur. Xüsusilə ağır cinayətlər üzrə isə bu müddət 20 il təşkil edir. Buna görə də, hansı illəri və hansı tarixi əhatə etdiyinin müəyyənləşdirilməsi həlledici əhəmiyyət daşıyır. Yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb etmənin mümkün olub-olmadığını demək olar”.
Rəsul Cəfərov bildirib ki, başqasının əmlakını gizli yolla talamaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir:

“Açıqlamalardan da göründüyü kimi, söhbət oğurluq kimi tövsif edilə bilən əməldən gedir. Əgər əmlak gizli şəkildə talan edilibsə, bu, hüquqi baxımdan oğurluq hesab olunur. Məsuliyyətin müəyyənləşdirilməsi zamanı vurulmuş ziyanın həcmi də xüsusi əhəmiyyət kəsb edir. Ziyanın xeyli, külli və ya xüsusilə külli miqdarda olmasından asılı olaraq maddənin müvafiq bəndləri tətbiq edilə bilər. Eyni zamanda, əməlin vahid niyyətlə törədilməsi və ya təkrarçılıq halının olub-olmaması da hüquqi tövsifə təsir göstərir. Əgər oğurluq təkrar törədilibsə, Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin tətbiqi mümkündür. Hər bir halda, müddət bitməyibsə, məsələnin 177-ci maddə üzrə araşdırılması hüquqi baxımdan mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri