Qrinvuda görə məşq yarımçıq dayandırıldı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vinger Meyson Qrinvud bu gedişlə "Olimpik Marsel"də qalmayacaq.
Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, daha öncə də intizamsızlığı barədə informasiyalar yayılan futbolçu baş məşqçi Həbib Beye yola getmir.
Məlumata görə, sözügedən mütəxəssis Qrinvudla yaşadığı insident səbəbindən yarımçıq saxlayıb. Mənbə ön xətt oyunçusunun fransız dili dərslərinə gəlmədiyini və klubun marketinq aksiyalarına qatılmadığını da vurğulayıb. Meysonun son 6 çempionat matçında qol vura bilmədiyi, bu məqamın onun oyunlara da məsuliyyətsiz yanaşmağa başladığına əyani sübut olduğu qabardılıb.
Xatırladaq ki, Qrinvud "Olimpik Marsel"ə 2024-cü ilin yayında "Mançester Yunayted"dən transfer olunaraq 5 illik müqaviləyə imza atıb. İngilis futbolçu cari mövsüm Liqa 1-də 15 qola imza atıb.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 May 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















