Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Qrip mövsümi olsa da, qorunma daimidir

Qrip mövsümi olsa da, qorunma daimidir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qış mövsümünün ortalarına doğru Azərbaycanda kəskin respirator virus infeksiyalarının, xüsusilə də qrip virusunun yayılma halları artır. Hava şəraitinin dəyişkənliyi, hərarət fərqləri və immun sisteminin zəifləməsi virusların daha sürətlə yayılmasına şərait yaradır. 

Mövzu ilə bağlı bir neçə mütəxəssisə müraciət etdik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov bildirdi:

– Hər qış havaların soyuması ilə əlaqədar olaraq yayılan viruslar əsasən mövsümi qrip və digər respirator infeksiyalarla bağlıdır və vaxtında tədbir görüldükdə ağırlaşmaların qarşısını almaq mümkündür. Lakin insanlar yoluxduğu ilk günlər buna əhəmiyyət vermədikdə ciddi fəsadlara səbəb ola bilir.

Hazırda ölkə ərazisin müşahidə etdiyimiz bu qrip virusunun adı “influenza” dır. Qeyd edək ki, influenza peyvəndlə qarşısı alınan bir virusdur. Yəni peyvənd olunmuş insanlarda bu daha yüngül keçir, bəzən heç görsənmir. Amma kim ki, peyvənd olunmayıb onlar daha tez yoluxur, yüksək hərarət, öskürək, halsızlıq kimi şikayətlər olur. Bu, demək olar ki, Şimal yarımkürədə hər il qış aylarında görünən virus yayılmasıdır, fərqli bir şey yoxdur, hər il gördüyümüzlə eynidir. İnfluenza yüksək hərarətlə seyr edilən virusdur. Lakin vətəndaşlar çox vaxt hər virusu qrip adlandırırlar. Bu, səhv yanaşmadır. 

Əslində, gercək qrip influenza anında yoluxur, yüksək hərarət müşahidə olunur və ağır fəsadlar verə bilər. Burada ən doğru yanaşma birinci növbədə peyvənd olunmaq, ikincisi isə əgər artıq yoluxma varsa, hərarət salıcılardan istifadə etmək, bol maye almaq və təbii olaraq həkimə müraciət etmək lazımdır.

Özbaşına antibiotik qəbulu yolverilməzdir. Qrip virus mənşəli xəstəlik olduğu üçün antibiotiklər yalnız bakterial ağırlaşma olduqda, həkim təyinatı ilə istifadə edilməlidir. Əks halda bu, həm immun sistemini zəiflədir, həm də gələcəkdə antibiotiklərə davamlılığın yaranmasına gətirib çıxarır. 

Xəstəliyin ilk günlərində istirahət rejiminə riayət etmək, bol maye qəbul etmək, vitaminlə zəngin qidalanmaq və həkim məsləhəti ilə simptomatik müalicə aparmaq vacibdir. Valideynlər uşaqlarda yüksək hərarət və ağır simptomlar müşahidə etdikdə onları məktəbə göndərməməlidirlər. Bu, həm uşağın sağlamlığı, həm də virusun kütləvi yayılmasının qarşısının alınması baxımından önəmlidir”.

İnfeksion xəstəliklər üzrə mütəxəssis Vasif Əliyev həmişə olduğu kimi, payız-qış aylarında havaların soyuması ilə əlaqədar olaraq soyuqdəymə əlamətləri ilə respirator infeksiyaların sayında artım müşahidə olunduğunu bildirərək dedi: 

– Xüsusilə, payız-qış aylarında aktivləşən virus son günlər tibb müəssisələrinə müraciət edənlərin sayında artım ilə müşahidə olunur. Əksər hallarda yüngül simptomlarla keçsə də, risk qruplarına daxil olan şəxslər üçün ciddi fəsadlar yarada bilər. Mövcud epidemioloji vəziyyət fonunda profilaktik tədbirlərin gücləndirilməsi vacibdir. Müşahidələrə əsasən demək olar ki, hər kəsdə eyni əlamətlər olur – bədəndə ağrılar, halsızlıq, qızdırma. Sadalanan əlamətlərə qrip, COVID-19, parainfluenza, adenovirus, norovirus və ya digər respirator viruslar səbəb ola bilər.

Bu virusların hamısının əlamətləri qızdırma, əzələ ağrıları, boğaz ağrısı, burun axıntısı, halsızlıq, iştahsızlıq, yorğunluq, ürəkbulanma, qarın ağrısı və ishala qədər gedə bilər. Xüsusilə, risk qrupunda olan şəxslərin (uşaqlar, yaşlılar, hamilə qadınlar, orqan çatışmazlığı olanlar, yanaşı xroniki xəstəlikləri olanlar və s.) xəstəliyin ağır keçməsinin qarşısını almaq üçün öncədən profilaktik olaraq peyvənd olunmaları məsləhətdir. 

Qeyd edək ki, qrip və COVID-19 virusları hər zaman pandemiyalara, lokal epidemiyalara səbəb olub. Müəyyən müddətdən bir epidemiyalar, pandemiyalar təkrarlanır. Çünki bu viruslar mutasiya qazandırma xüsusiyyətinə sahibdir. Yeni mutasiyalar isə onlara fərqli xüsusiyyətlər qatır. Bəzi viruslar insanlar arasında daha sürətlə yayılsa belə, yüngül müşahidə olunur. Belə ki, qrip virusunu bəziləri yüngül, bəziləri isə ağır keçirir. COVID-19 pandemiyası zamanı da bəzi insanlar xəstəliyi, sadəcə, virus daşıyıcısı olaraq keçirdilər. 

Bu, bütün virusların özlərinə yeni bir mutasiya qazandırma xüsusiyyətidir. Məsələn, pandemiya dövründə fərqli-fərqli ştamplar yarandı və ona yoluxduq. Əvvəl ağır formalar idi, sonra yüngül formalarla qarşılaşdıq. Onu da qeyd edək ki, pandemiyanın bitməsi həmin virusun yoxa çıxması anlamına gəlmir. Bu cür viruslar hər zaman bizimlədir, buna görə ehtiyatlı olmalıyıq. Bəzən insanlar xəstə olsalar da, ictimai nəqliyyatdan istifadə edirlər. Xəstə olan şəxslərə evdə qalmağı tövsiyə edirəm. Bu, həm tez sağalmaları üçün, həm də xəstəliyi digər insanlara ötürməmək üçün mütləqdir”.

İnfeksionist-hepatoloq Mərdan Əliyevin fikrincə, qrip sadə soyuqdəymə kimi qəbul edilməməli, çünki düzgün müalicə olunmadıqda pnevmoniya, bronxit, ürək-damar və sinir sistemi ağırlaşmalarına səbəb ola bilər: 

– Hazırda müşahidə etdiyimiz qripəbənzər xəstəliklərdir, el arasında bunlara qrip deyirlər. Qrip bu xəstəliklər qrupu içindən biridir və qrip virusu tərəfindən törədilərək ağır gedən xəstəliklərdən sayılır. Amma bu kəskin respirator xəstəliklər, yəni tənəffüs yolu xəstəliyi törədən viruslar 100-dən çoxdur. Bu viruslar müxtəlif formada xəstəliklərə səbəb olur. Bəziləri çox rahat, yüngül şəkildə keçir, sadəcə, burun axma, boğaz qıcıqlanması, asqırma ilə müşahidə olunur. Amma qrip bunların içində ən ağır gedişə malik olandır. İlk olaraq, boğazağrısı ilə başlayır və yüksək hərarət, əzələ, oynaq ağrılarına rast gəlinir. Bu daha ağır gedən formadır. 

Ümumilikdə, bu xəstəliklərin hamısının bir neçə ortaq əlaməti var. Burada burun axması, burun tutulması, öskürək, boğaz ağrısı, hərarətin yüksəlməsi, əzələ-oynaq ağrıları, halsızlıq bütün bunlar isə mövcud xəstəliklərin ümumi əlamətləridir. Bu xəstəliklər hava damcı yolu ilə yoluxur. Xəstə şəxsin tənəffüs yollarından çıxan, havadan asılı olan çoxmikroskopik damcılar hansıki içində minlərlə virus var, bunlar sağlam şəxsin tənəffüs yollarına daxil olduqda xəstəlik törədir. 

Bütün bunlardan qorunmaq üçün ilk öncə sosial məsafəni qorumaq lazımdır. Maska da gigiyenik vasitə kimi yoluxmanın qarşısının alınmasında effektli vasitələrdən biridir. Bu virus həm də təmas yolu ilə yoluxur. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün influenza daha diqqətli yanaşma tələb edir. Əsasən immun sisteminin gücləndirilməsi, balanslı qidalanma və istirahət rejiminə diqqət yetirilməlidir.

Şəxsi gigiyena qaydalarına əməl olunması, qapalı məkanların mütəmadi havalandırılması və xəstəlik əlamətləri müşahidə olunan zaman ictimai yerlərdən uzaq durulması yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Odur ki, bildiyimiz halda, kimsə xəstədir onunla mütləq ən azından inkubasiya dövründə mütləq sosial məsafə saxlamaq lazımdır. Belə bir dönəmdə insanlar gigiyenik qaydalara nə qədər çox riayət edərsə, yoluxmaların da sayı az olar”.

Bir sözlə, mütəxəssislərin fikrincə, hazırkı epidemioloji vəziyyət təşviş üçün əsas yaratmasa da, məsuliyyətli davranış tələb edir. Qrip virusuna laqeyd yanaşmaq yox, onu vaxtında tanıyıb düzgün müalicə etmək hər bir vətəndaşın öz sağlamlığına və cəmiyyətə qarşı borcudur. Sadə qoruyucu tədbirlərə əməl etməklə və həkim tövsiyələrinə riayət etməklə bu mövsümü ağır fəsadlar olmadan geridə qoymaq mümkündür. 

Vətəndaşların sağlamlığa məsuliyyətlə yanaşması, səhiyyə qurumlarının gördüyü qabaqlayıcı tədbirlərlə birgə epidemioloji vəziyyətə mühüm töhfə verə bilər. 

A.Nurəngiz 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri