Icma.az
close
up
RU
Qrip mövsümü başlayır: Peyvənd kimlərə vacibdir?

Qrip mövsümü başlayır: Peyvənd kimlərə vacibdir?

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir vaxtda qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Belə ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, peyvənd kompaniyasına 2025-ci il oktyabrın 8-dən etibarən başlanıb. Qeyd edək ki, vaksinasiya prosesi əhalinin sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması məqsədi daşıyır. 

Gununsesi.info-ya açıqlamasında mövsümi xəstəliklərin yayılmasında peyvəndlənmənin vacibliyi ilə bağlı danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, epidemioloji qanunauyğunluqlara müvafiq olaraq payız-qış aylarında hər il mülayim iqlimli ölkələrdə, o cümlədən də Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma və xəstələnmə hallarının artması müşahidə edilir.

“Sözügedən infeksiyalar mövsümi olaraq, hazırkı payız-qış fəsillərində də təkrarlanır. Qripin də daxil olduğu bu infeksiyalarla məhz ilin soyuq aylarında mübarizə aparılması zərurəti meydana çıxır. Əks- epidemik və profilaktik tədbirlər arasında ən effektivi məhz vaksinasiyadır.

Nəzərə alsaq ki, KRVİ-ları  arasında öz əlverişsiz, müqayisədə daha çox ağır  gedişi və fəsadlaşmağa meylli olması ilə fərqlənən məhz qrip infeksiyasıdır, onda qripə qarşı aparılan vaksinasiyanın kifayət qədər əsaslı olması qənaətinə gələrik. Vaksinasiya olunmuş insanlar bu infeksiyaya yoluxarsa əksərən asimptomatik, müəyyən hallarda isə yüngül və fəsadsız gediş baş verir. Nəticədə insanlar qorunur, xəstəlik tez sağalır, insanların əməkqabiliyyətinin müvəqqəti itirilməsi günlərinin və hospitalizasiya hallarının sayı əhəmiyyətli dərəcədə azalır. Beləliklə, vaksinasiya nəticəsində həm əhalinin sağlamlığı qorunur, həm də bu səhiyyənin ilin bu fəsillərində yükünü azaldaraq iqtisadi səmərə verir ki, peyvəndlərə sərf olunan maliyyə vəsaiti tamamilə özünü doğruldur”.

Mütəxəssisin sözlərinə görə. artıq bir neçə ildir ki, ölkəmizdə məhz Səhiyyə Nazirliyinin dəstəyi ilə qripə qarşı vaksinasiya həyata keçirilir və bu artıq bir ənənə halını alıb:

“Hesab edirəm ki, bu dövlətimizin əhalinin sağlamlığının qorunmasımda əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Dünya təcrübəsində iqtisadi gücə malik ölkələr yalnız bu kimi tədbirləri öz vətəndaşları üçün əlçatan edir. Ölkəyə gətirilən peyvənd effektivlik və təhlükəsizliyi baxımından kifayət qədər sınanmış bioloji preparatdır”.

T.Eyvazov onu da əlavə edib ki, vaksinasiyanın effektiv olması üçün bu prosesin qrip hallarının gözlənilən artımlarından bir müddət əvvəl aparılması çox vacibdir:

“Ona görə də ölkəmizdə qripə qarşı vaksinasiya prosesi məhz indilərdə başlanılıb. Qripə qarşı vaksinasiya könüllü olaraq, əhaliyə ödənişsiz aparılır. Lakin birinci növbədə xəstəliyin ağırlıq və fəsadlaşmasının risk qruplarına (5 yaşın altında olan uşaqlar, hamilələr, ahıl yaşlı insanlar, tənəffüs orqanlarının və digər üzvlərin ağır xroniki xəstəlikləri və müxtəlif səbəbli immun çatışmazlığı olan insanlara) birinci növbədə ciddi tövsiyə olunur. Məhz bu qrupa daxil olan insanların və digərlərinin (peşəsi ilə əlaqədar çoxsaylı təmasları olanlar-tibb işçiləri, sosial sfera əməkdaşları, təhsil işçiləri, ictimai nəqliyyatda çalışanlar və s.) vaksinasiya ilə kifayət qədər əhatə olunması nəticəsində ölkədə qrip infeksiyasının yayılmasının qarşısının müəyyən qədər alınması və infeksiyadan  iqtisadi itkilərin azalmasına nail ola bilərik və əvvəlki illərin təcrübəsi də bunu deməyə əsas verir”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri