Icma.az
close
up
RU
Qrip əleyhinə peyvənd kimlərə vurulmalıdır? AÇIQLAMA

Qrip əleyhinə peyvənd kimlərə vurulmalıdır? AÇIQLAMA

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir vaxtda qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Belə ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, peyvənd kompaniyasına 2025-ci il oktyabrın 8-dən etibarən başlanıb. Qeyd edək ki, vaksinasiya prosesi əhalinin sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması məqsədi daşıyır.

Modern.az-a açıqlamasında mövsümi xəstəliklərin yayılmasında peyvəndlənmənin vacibliyi ilə bağlı danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, epidemioloji qanunauyğunluqlara müvafiq olaraq payız-qış aylarında hər il mülayim iqlimli ölkələrdə, o cümlədən də Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma və xəstələnmə hallarının artması müşahidə edilir.

“Sözügedən infeksiyalar mövsümi olaraq, hazırkı payız-qış fəsillərində də təkrarlanır. Qripin də daxil olduğu bu infeksiyalarla məhz ilin soyuq aylarında mübarizə aparılması zərurəti meydana çıxır. Əks-epidemik və profilaktik tədbirlər arasında ən effektivi məhz vaksinasiyadır.

Nəzərə alsaq ki, KRVİ-ları arasında öz əlverişsiz, müqayisədə daha çox ağır gedişi və fəsadlaşmağa meylli olması ilə fərqlənən məhz qrip infeksiyasıdır, onda qripə qarşı aparılan vaksinasiyanın kifayət qədər əsaslı olması qənaətinə gələrik. Vaksinasiya olunmuş insanlar bu infeksiyaya yoluxarsa əksərən asimptomatik, müəyyən hallarda isə yüngül və fəsadsız gediş baş verir. Nəticədə insanlar qorunur, xəstəlik tez sağalır, insanların əməkqabiliyyətinin müvəqqəti itirilməsi günlərinin və hospitalizasiya hallarının sayı əhəmiyyətli dərəcədə azalır. Beləliklə, vaksinasiya nəticəsində həm əhalinin sağlamlığı qorunur, həm də bu səhiyyənin ilin bu fəsillərində yükünü azaldaraq iqtisadi səmərə verir ki, peyvəndlərə sərf olunan maliyyə vəsaiti tamamilə özünü doğruldur”.

Mütəxəssisin sözlərinə görə, artıq bir neçə ildir ki, ölkəmizdə məhz Səhiyyə Nazirliyinin dəstəyi ilə qripə qarşı vaksinasiya həyata keçirilir və bu artıq bir ənənə halını alıb:

“Hesab edirəm ki, bu dövlətimizin əhalinin sağlamlığının qorunmasında əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Dünya təcrübəsində iqtisadi gücə malik ölkələr yalnız bu kimi tədbirləri öz vətəndaşları üçün əlçatan edir. Ölkəyə gətirilən peyvənd effektivlik və təhlükəsizliyi baxımından kifayət qədər sınanmış bioloji preparatdır”.

T.Eyvazov onu da əlavə edib ki, vaksinasiyanın effektiv olması üçün bu prosesin qrip hallarının gözlənilən artımlarından bir müddət əvvəl aparılması çox vacibdir:

“Ona görə də ölkəmizdə qripə qarşı vaksinasiya prosesi məhz indilərdə başlanılıb. Qripə qarşı vaksinasiya könüllü olaraq, əhaliyə ödənişsiz aparılır. Lakin birinci növbədə xəstəliyin ağırlıq və fəsadlaşmasının risk qruplarına (5 yaşın altında olan uşaqlar, hamilələr, ahıl yaşlı insanlar, tənəffüs orqanlarının və digər üzvlərin ağır xroniki xəstəlikləri və müxtəlif səbəbli immun çatışmazlığı olan insanlara) birinci növbədə ciddi tövsiyə olunur. Məhz bu qrupa daxil olan insanların və digərlərinin (peşəsi ilə əlaqədar çoxsaylı təmasları olanlar-tibb işçiləri, sosial sfera əməkdaşları, təhsil işçiləri, ictimai nəqliyyatda çalışanlar və s.) vaksinasiya ilə kifayət qədər əhatə olunması nəticəsində ölkədə qrip infeksiyasının yayılmasının qarşısının müəyyən qədər alınması və infeksiyadan iqtisadi itkilərin azalmasına nail ola bilərik və əvvəlki illərin təcrübəsi də bunu deməyə əsas verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri