Icma.az
close
up
RU
Qrossi İranla danışıqlara kömək etmək üçün Vitkoffla əlaqə saxlayır

Qrossi İranla danışıqlara kömək etmək üçün Vitkoffla əlaqə saxlayır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranla danışıqlarda müsbət nəticə əldə etmək üçün ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoffla əlaqə saxlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.

“İranın nüvə sazişinin etibarlı olması üçün o, MAQATE tərəfindən nəzərdən keçirilməlidir. İranın sözlərinə qulaq asmaq, həmçinin İranın gözləntilərinə baxmaq vacibdir. Agentliyin danışıqlarda müsbət nəticə əldə etməyə necə kömək edə biləcəyini öyrənmək üçün mən ABŞ-ın danışıqlar aparan nümayəndəsi ilə də əlaqə saxlayıram”, - deyə o, IRNA agentliyinə müsahibəsində bildirib.

Qrossi aprelin 16-da Tehrana gəlib və orada artıq İranın xarici işlər naziri Abbas Əraqçi və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə danışıqlar aparıb. Əraqçi çərşənbə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə MAQATE-ni bəzi dövlətlərin göstərməyə çalışdığı təzyiqlərə boyun əyməməyə çağırıb.

Aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci raundu aprelin 19-da Omanda baş tutacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri