Icma.az
close
up
RU
Qrulyovun təhdid bəyanatının arxasında nə dayanır?

Qrulyovun təhdid bəyanatının arxasında nə dayanır?

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr təbii ki Rusiyanı qane edə bilməzdi. Rusiyanın növbəti təxribatlara əl atacağı öncədən bəlli idi. 

Bu sözləri Milli Məclisin deputatı, tanınmış politoloq Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, görüş ərəfəsində də bir sıra neft borularının keçdiyi kompresrların Ukraynada vurulması, Odessada vurulması digər məsələlər bir daha məlum oldu ki, Rusiya təbii ki bu görüşün tam əleyhinədir. 

"Azərbaycanın cənab prezident İlham Əliyev başda olmaqla apardığı müstəqil daxili və xarici siyasəti bəyənmir hətta deyərdim ki, həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi bu birbaşa bu proseslərlə bağlıdır. Təbliğatın ardınca dövlət dumasından da Bakıya qarşı müxtəlif hədələr təhdidlər gəlməkdədir. Rusiya Dövlət dumasının deputatı Andrey Qurulyovun bəyanatı da bu təbliğatın bariz bir nümunəsidir və davamıdır. Qurulyov bəyanatında rus təbliğatçılarının yəni Saralyov, Padalyok və digərlərinin mütəmadi olaraq aqressiv bəyanatları silsiləsinə uyğun gəlir və həm informasiya və siyasi,iqtisadi baxımdan Azərbaycana təzyiqlərini artırmaq meylini əks etdirir", - deyə deputat bildirib.

Arzu Nağıyev deyir ki, digər məsələ hərbi siyasi subyektdi:

"Yəni gərgin xüsusi hərbi əməliyyat ifadəsi işlədir Qrulyov. Burda da Rusiyanın sərhədi istənilən hissəsində mümkün guya təhdidlər edə bilərlər. Ukrayna senarisindən danışır, onunla eyniləşdirilir, yəni şərhlər Moskvadan Bakıya qarşı atılan ritorik bir fonda baş verir ki, Qarabağ enerji marşrutları Azərbaycanın qərb və Türkiyə ilə artan əməkdaşlığı, Amerika Birləşmiş Ştatlarında keçirilən son görüşlər Donald Trampın Azərbaycan haqqında, rəhbərliyi haqqında dediyi müsbət fikirlər əgər doğrudanda  təhlil etsək iqtisadi təzyiqlə bu nəyə nail ola bilər. Azərbaycan mallarının bəzi kateqoriyalarına məsələn tərəvəz meyvə spirtli içkilər alkoqollu içkilər bunun idxalına məhdudiyyət qoya bilər və yaxud müvəqqəti qadağa edə bilər. Rusiya Federasiyasında Azərbaycan sahibkarlarına qarşı yoxlamalar onsuzda edirlər yoxlamalar davam edir və inzibati təzyiqləri artıra bilərlər. Logistiktik daşımaları çətinləşdirə bilərlər, Gömrükdə gecikdirərlər nəqliyyat kuvotalarını verməzlər. Bu proseslərə biz daimi buna hazırıq və bilirik ki Rusiya mütəmadi olaraq bu addımları atır. Bir sıra məhdudiyyətlər qoya bilərlər. Rusiya istehlakçısına təsir edəcək təbii ki bu məsələ məlumdurki tərəvəz və meyvələrin bahalaşmasına gətirib çıxarar. Moskva inandırıcı görünmür ki tam qadağaya getsin çünki bu məqsədli hərəkətdir ona görə də bunun bir sonu yoxdu".

Ekspertin sözlərinə görə, növbəti məsələ informasiya və təbliğat kampaniyasına başlaya bilərlər.

"Burda da müxtəlif tərəfdaş kimi imic formalaşdırılan Rusiyanın kütləvi informasiya vasitələrinin "Teleqram" kanallarının aktivləşdirilməsinə özlərinin beşinci kolonun istifadə edərək müəyyən yazıların verilməsi milli azlıqlar miqrasiya siyasəti cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlərin mövzusunda müxtəlif addımların atılmasıdır.  

Qrulyov təhdidin birində bir istiqamətində hərbi məsələləri qabardır yəni hərbi siyasi təzyiqin məlumdur ki onlar bizə təzyiq edə bilər Ermənistanda və sərhəddə Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsini yəni orda özlərinin 102 saylı bazasını gücləndirə bilərlər. Sərhəddə Avropa ittifaqının vizual kəşfiyyatçıları ilə bərabər öz qoşunlarını gətirə bilərlər, Azərbaycan ərazisi yaxınlığında hərbi təlimlər keçirə bilərlər müəyyən MDB kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı səviyyəsində o platformadan istifadə edə bilərlər. Lakin bugün Rusiya-Ukrayna arasında olan müharibə cənubi Qafqazda təkrarlanması qeyri-mümkündür çünki bu artıq cənubi qafqazın tamamilə itirilməsinə gətirib çıxara bilər bu riski nəzərə alaraq düşünürəm ki Rusiya birbaşa hərbi  qarşıdurmaya gedə bilməz". 

Bəs onda bu generalın bu çıxışı nədən ibarətdir deputat bu addımları atir? 

Arzu Nağıyev deyir ki, bu Rusiya rəhbər şəxslərinin özünü sındırmamağa cəhd etməsidir:

"Ömürboyu biz qalibik dırnaqarası biz belə edə bilərik deyə prinsiplərdən çıxış edən belə generallar və deputatlar məlumdur ki Azərbaycanı Sovetlər dönəmində ki və digər vaxtlarda ki ordusunu təsəvvür edə bilir. 44 günlük müharibə də biz bir daha göstərdik ki bizim apardığımız müharibə sistemi o yol taktika bütün dünyanın bir sıra hərbi məktəblərində hətta dərs verilə biləcək bir sistemdir. Buna görə də düşünürəm ki bunların bu bəyanatları öz fikirlərində qalacaq. Yəni 3 – 4 ay ərzində bu proseslər davam edəcəkdir. İndi bir məsələ də var, avqust ayının 15 -də Amerika Birləşmiş Ştatları Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra görən bunların ritorikasi hansı istiqamətdə olacaqdır. Hərbi və siyası şantaj ritorikası, real hərəkətlər güc nümayişi, müttəfiqlərin fəallaşması bundan artıq nə ola bilərki, nə məhdudlaşar. Mən düşünürəm ki bir daha qeyd edirəm ki Azərbaycan prezidenti cenab İlham Əliyevin bugün apardığı müstəqil daxili və xarici siyasət bu və ya digər şəkildə Rusiya və digər bəzi dövlətlər tərəfindən qəbul edilmir qəbul edilə də bilməz çünki diktəsiz vasitəçi olmadan öz müstəqil siyasətini aparıb və qarşıya qoyduğu məqsəd ölkənin suverenliyi ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının rifahini tam şəkildə təmin etməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Avqust 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri