Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılacaq bəyanatının arxasında Bakının öz iradəsi dayanır ŞƏRH

Zəngəzur dəhlizi açılacaq bəyanatının arxasında Bakının öz iradəsi dayanır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Azərbaycana 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi səbəbindən dayandırılmış dəmir yolu əlaqəsini bərpa etməyi təklif edib.

Ermənistanın  Azərbaycanla sülhün əldə edilməsi strategiyasına sadiq qalacağını iddia edən Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan sülh strategiyasına sadiq qalacaq və sülh gündəmini ardıcıl olaraq davam etdirəcək: “Biz bundan sonra da sərhədlərin delimitasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi, humanitar və digər məsələlərin aydınlaşdırılmasına diqqət yetirəcəyik”.

İki ölkə arasında nəqliyyat yollarının açılmasına gəlincə, Paşinyan bu kontekstdə Azərbaycana verilən təklifdən danışıb: “Azərbaycana Yerasx-Sədərək-Ordubad-Mehri-Zəngilan dəmir yolunun açılması (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında - red.) ilə bağlı konkret təklif vermişik. Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra əldə olunan razılaşma kağız üzərində yazılacaq və biz dəmir yolunun bizim tərəfimizə düşən hissəsinin tikintisinə başlayacağıq”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bununla bağlı Ermənistana qəti mövqeyini çatdırıb. “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - prezident vurğulayıb.


Siyasi şərhçi Sona Əliyeva da “Sherg.az”a açıqlamasında deyib ki, son dörd il ərzində sülh prosesini hər zaman yubadan, irəliləyiş olduğu zamanlarda da müəyyən əmmalar çıxaran tərəf məhz Ermənistandır:


 “Daha dəqiq desək, Nikol Paşinyan hökumətidir. Nikolun Arazdəyən-Sədərək-Ordubad-Mehri-Zəngilan marşrutu daha uzundur. Rəsmi Bakı sovet dönəmində olan daha qısa marşrutun seçilməsindən yanadır. Güman edirəm ki, bunu İrəvanda da yaxşı başa düşürlər və Ermənistanın bu addımı prosesin yubadılmasına hesablanıb. Azərbaycan prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı  bütün açıqlamalarında  Ermənistana qəti mövqeyini çatdırıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Rəsmi Bakı gücünə və iradəsinə bələddir. Ölkə başçısı İlham Əliyev jurnalisatlərə müsahibəsində Ermənistana xəbərdarlıq etdi. Azərbaycan Prezidenti bildirdi ki, İrəvanın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan Əsəd rejimi tarixin zibilliyinə göndərildi və bu davam edəcək. İlham Əliyevin "bu davam edəcək" mesajı o deməkdir ki, Ermənistanın digər müttəfiqlərini də eyni aqibət gözləyir. Söhbət İran, Rusiya və digərlərindən gedir. son dörd ildə Ermənistana siyasi dayəlik edən Birləşmiş Ştatlardakı Co Bayden administrasiyası cəmi 2 həftə sonra hakimiyyəti Donald Trampa təhvil verir. Deməli, Nikol Vovayeviç Qərbdəki ən yaxın tərəfdaşlarından birini itirir. Geriyə Hindistanı saymasaq İran və Rusiya qalır. Artıq Tramp hakimiyyəti İrana qarşı savaşın gerçəkləşəcəyi ilə bağlı mesajlar verir. Bu o deməkdir ki, Ermənistan Əsəd və Baydendən sonra növbəti arxa-dayağını - molla rejimini də itirəcək”.


Sona xanım hesab edir ki, Ukrayna müharibəsi fonunda Rusiya daxilində müəyyən çaxnaşmaların baş verməsi ehtimalı da az deyil: 

“ Moskvada klanlararası savaş, iqtisadi çöküş Rusiyanı bir qədər öz daxilinə çəkəcək. Prezident də Zəngəzur dəhlizinin açılması fonunda Ermənistana bu mesajı ötürürdü. Ona görə də əminliklə "bu dəhliz açılacaq" fikrini səsləndirirdi. Düşünürəm ki, hadisələrin indiki axarı bütün istiqamətlərdə Bakının xeyrinədir. Azərbaycan müstəqil xarici siyasət yürüdür və Ermənistandan fərqli olaraq hər hansı bir dövlət qarşısında da öhdəliyi yoxdur. Ona görə də "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır. Ermənistan isə öz havadarlarının ağzına baxır ki, görsünlər yeni yubatma təlimatları nə qədərdir. Prosesi süni şəkildə yubatmaq isə İrəvana baha başa gələcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri