Quba nın baş məşqçisi: Birinci Liqada iştirak edəcək komandaların tərkibi hələ müəyyənləşməyib
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Birinci Liqada çıxış edəcək komandaların heyəti hələ tam müəyyənləşməyib". Bu sözləri Sport24.az-a açıqlamasında "Quba" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Mütəxəssis bildirib ki, hazırda çempionatın formatı və iştirakçıları ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır:
"Gələn ay vəziyyətin necə olacağını dəqiq deyə bilmərəm. Çünki Birinci Liqada iştirak edəcək komandaların tərkibi hələ müəyyənləşməyib. Bununla bağlı daha aydın məlumatı yəqin ki, gələn ay əldə edəcəyik. ABL ilə bağlı müəyyən konturlar artıq bəllidir və səkkiz komandanın iştirak edəcəyi gözlənilir. Lakin Birinci Liqa üçün bunu demək mümkün deyil. Ola bilsin ki, qruplar formalaşdırılsın və ya hansısa klub başqa komanda ilə əvəzlənsin. Bu suallara yaxın vaxtlarda aydınlıq gələcək. Hazırda Birinci Liqanın iştirakçıları tam müəyyənləşmədiyindən müəyyən qeyri-müəyyənlik qalmaqdadır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 24 İyun 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















