Icma.az
close
up
RU
“Şimal”ın məşqçisi: “Əsas hədəfimiz Birinci Liqada qalmaqdır”

“Şimal”ın məşqçisi: “Əsas hədəfimiz Birinci Liqada qalmaqdır”

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni mövsüm üçün məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırda əsas diqqətimiz komandanın fiziki və taktiki hazırlığının artırılması, eyni zamanda heyətin komplektləşdirilməsidir". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şimal"ın məşqçisi Tural Cəlilov deyib.
Xaçmaz təmsilçisinin məşqçisi komandasının yeni mövsümə hazırlıq prosesi, heyətin komplektləşdirilməsi və qarşıya qoyulan hədəflərdən danışıb.
"Düşünürəm ki, bu mərhələdə təxminən 50-60 faiz hazır vəziyyətdəyik. Qarşıda hələ iki həftə vaxtımız var və bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışacağıq. Heyətə bir neçə futbolçunun da qoşulmasını gözləyirik. Həmin oyunçuların komandaya cəlb olunması ilə heyətin daha da güclənəcəyinə və rəqabətin artacağına inanırıq. Yeni futbolçuların komandaya uyğunlaşması da vacib məsələlərdən biridir. Bunun üçün məşqlərlə yanaşı, yoldaşlıq görüşlərinə də xüsusi önəm veririk. Artıq bir neçə yoldaşlıq oyunu keçirmişik. Bu görüşlər bizə həm futbolçuların fiziki durumunu, həm də taktiki baxımdan hansı səviyyədə olduğumuzu qiymətləndirmək imkanı verir. Eyni zamanda çatışmazlıqlarımızı görür və üzərində işləməli olduğumuz məqamları müəyyənləşdiririk. Qarşıdakı günlərdə də bu istiqamətdə çalışmalarımızı davam etdirəcəyik. Növbəti mövsüm üçün əsas hədəfimiz Birinci Liqada mövqeyimizi qorumaq, liqadan düşməməkdir. Bunun asan olmayacağını bilirik və bizi kifayət qədər çətin mövsüm gözləyir. Ancaq düzgün hazırlıq keçərək, bütün oyunlarda maksimum mübarizə apararaq məqsədimizə çatmağa çalışacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri