Icma.az
close
up
RU
Qubada ər arvadına xəsarət yetirdi

Qubada ər arvadına xəsarət yetirdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Quba rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 7-də rayonunun kəndlərindən birində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhməd həmin gün saat 8 radələrində fərdi yaşayış evində arvadı Səyyarə (adlar şərtidir – red.) mübahisə edib. 
Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşının qəsdən sifət və bədəninin müxtəlif nahiyəsindən yumruqla vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan hərəkətlər edib. 
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 7-də, təxminən saat 8 radələrində həyat yoldaşı Səyyarənin anası onlara qonaq gəlməsi onun xoşuna gəlməyib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zəminində həyat yoldaşımın sifət və bədəninin müxtəlif nahiyələrinə əlim ilə vuraraq onu döydüm”.
İş üzrə zərərçəkmiş Səyyarənin sözlərinə görə, 2016-cı ildə təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurub, birgə nikahdan 2 övladı doğulub: “Əvvəllər münasibətlərimiz yaxşı olub, sonradan pisləşib. Əhmədin anasının bizim ailəmizə müdaxilə etməsi səbəbindən aramızda mütəmadi mübahisələrimiz yaranıb. Martın 7-də, saat 8 radələrində evdə olan zaman anam bizə qonaq gəldi. Anasının narahatçılığını bildirdikdə Əhməd mübahisə yaradaraq əli ilə məni vuraraq döydü. Mübahisələrimiz təxminən 7-8 dəqiqə davam etdi. Mübahisə zamanı orada kənar şəxslər olmayıb. Qaynanam və anam bizim dava-dalaşımızı görməyiblər”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, qadın ərinə qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri