Qubada itin hücum etdiyi 5 yaşlı Məhəmmədin son durumu FOTOLAR
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, yanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində 3 nəfəri it dişləyib.
"Unikal"ın Shimal.News-a istinadən məlumatına görə, it hücumuna məruz qalanlardan biri də 2018-ci il təvəllüdlü Məhəmməd Məhəmmədov olub.
Küsnətqazma kənd sakini 5 yaşlı Məhəmməd Məhəmmədovun anası Natəvan Məmmədova bildirib ki, hazırda onun vəziyyəti normaldır.
“Həkimlərin sözlərinə görə, oğlumun üzündəki şiş çəkilən kimi cərrahi əməliyyat olunacaq. Hələ ki həkimlər şişkinliyin yatmasını, quduzluğa qarşı müalicənin bitməsini gözləyirlər. Artıq 2 dəfə iynə vurulub. Bundan sonra da 6-7-si vurulmalıdır ki, uşaq sağalsın. Həkimlər bildirirlər ki, uşağı qapan iti müalicə bitənədək zərərsizləşdirmək olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















