Qubada kişi ondan icazəsiz pul götürən arvadını döydü
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qubada kişi arvadını pula görə döyüb.
Hadisə rayonun Pirvahid kəndində baş verib. Kənd sakini Şamil Məhəməliyev (soyad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib.
Bir neçə gün öncə Şamil səhər yuxudan oyananda çantasına qoyduğu pulun yerində olmadığını görüb. O, həyat yoldaşından pulu soruşub və məlum olub ki, onu qadın götürüb. Ər-arvad arasında dava düşüb və Şamil həyat yoldaşını təpik, şillə zərbələri ilə döyüb.
Hadisə yerinə polis əməkdaşları gəlib, Şamil saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunduğundan hakim cinayət işinə xitam verib. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















