Icma.az
close
up
RU
Qubada qadın gecəyarı oteldən qaçıb başqasına sığındı Əri döyürmüş

Qubada qadın gecəyarı oteldən qaçıb başqasına sığındı Əri döyürmüş

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yeni il gecəsi Qubanın tanınmış otellərində birində baş tutan bayram şənliyi gözlənilməz sonluqla bitib. Şən ovqatla başlayan istirahət ailə dramına çevrilərək məhkəmə zalında yekunlaşıb.
Demokrat.az xəbər verir ki, hadisə ötən ilin dekabrın 31-də “Macəra” otelində qeydə alınıb. Bakı sakini Kamil (adlar şərtidir) həyat yoldaşı Günəşlə bayramı qeyd etmək üçün rayona yollanıb. Lakin gecə saatlarında otelin restoranında başlayan narazılıq otaqda fiziki zorakılığa qədər böyüyüb. İddiaya görə, mübahisəyə səbəb kişinin restoranda tanımadığı bir uşağa 50 manat pul verməsi və uşağın atasının onlara yaxınlaşaraq tanışlıq verməsi olub.
Kamil məhkəmə ifadəsində həmin vaxt spirtli içki qəbul etdiyini və həyat yoldaşının bu səmimiyyəti qısqanclıqla qarşıladığını bildirib. Onun sözlərinə görə, saat 23:45 radələrində otağa qalxan xanımının arxasınca gedib və orada yaranan qarşıdurma zamanı əsəblərinə hakim ola bilməyib. Təqsirləndirilən şəxs mübahisə zamanı qadını itələdiyini, bədəninin müxtəlif nahiyələrinə əl və təpiklə zərbələr endirdiyini etiraf edib.
İş üzrə ifadə verən Kamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Günəş ilə ötən ilin mayın 2-də rəsmi olaraq nigaha daxil olub, münasibətləri daima normal olub:
“Lakin ailə münasibətlərimiz zəminində arada mübahisələrimiz olub. Həmin ilin dekabrın 31-də həyat yoldaşıma məxsus “Mercedes” markalı avtomobillə Bakı şəhərindən çıxaraq Quba rayonunda yerləşən “Macəra” otelinə istirahət üçün gəldik. Həmin günü axşam saatlarında otelin restoranında yemək yedik. Orda olan tanımadığım azyaşlı oğlan uşağına 50 manat pul verdim. Bundan sonra azyaşlı uşağın atası yanıma gələrək tanışlıq verdi və ailəvi olaraq restoranda gələcək günlərdə yemək yeyə biləcəyimizi bildirdi. Mən yemək yeyən zaman təxminən 200-300 qram spirtli içki olan araq qəbul etdim. Mənim həmin şəxslə səmimi münasibətimə həyat yoldaşım Günəş aqressiv münasibət bəslədi və qısqandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin günü saat 23:45-də Günəş əsəbi şəkildə stoldan durub və rezerv etdikləri otağa qalxıb: “Mən də yeni il qarşılandıqdan sonra otağa gəldim. Otağa daxil olandan sonra Günəşdən niyə belə hərəkət etdiyini soruşdum, aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Günəş üzərimə gəldi və məni otaqdan çıxarmağa çalışan zaman onu əlimlə itələdim. Eləcə də bədəninin müxtəlif nahiyyələrindən əl və təpiklə vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşiman olduğu, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün dəfələrlə cəhd etdiyini bildirib. 
İş üzrə zərərçəkmiş Günəşin sözlərinə görə, Kamil ilə rəsmi olaraq nigaha daxil olub: “Kamil özünü mədəni ailənin üzvü kimi və dənizdə işləyən şəxs kimi təqdim etdi. Lakin o, mütəmadi olaraq məni incitdi, mənimlə nahaqdan mübahisələr etdi”. 
Zərərçəkmiş qeyd edib ki, ötən ilin  dekabrın 31-də, saat 13 radələrində Kamilə ilə birlikdə özünə məxsus avtomobil ilə Quba rayonuna gəlib: “Biz Quba rayonu ərazisində yerləşən “Macəra” otelinə yerləşdik. Orda bayram şənliyində restoranda iştirak etdik. Kamil artıq həmin günü saat 23 radələrində aşırı dərəcədə sərxoş oldu. Həmin ərəfədə yorulduğum üçün otelin özümüzə nə məxsus rezerv elədiyimiz otağına keçdim. Bundan sonra Kamil arxamca otağa gəldi. O, aqressiv şəkildə üzərimə gələrək sinə nahiyyəmdən əlləri ilə itələdi, daha sonra ayaq və bədənimin müxtəlif nahiyyələrindən yumruqla, təpiklə vurdu. Mən Kamilin əlindən çıxaraq Quba rayonunda yerləşən “Retro” otelinə gedərək orada gecələdim”. 
Qadın ifadəsində göstərib ki, səhəri günü oradan çıxaraq yaşadığı Bakı şəhərinə gedib: “Bu ilin yanvarın 4-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdim və dekabrın 31-də Quba rayonunda döyülməyim barədə məlumat verdim. Əməli törətmiş şəxslə barışmamışam. O, evlənmədən öncə mənə yalan vədlər verib. Evləndiyim vaxtdan mənə dəfələrlə əl qaldırıb”. 
Quba Rayon Məhkəməsinin hökmü ilə Kamil aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri