Uşaqlara alimenti qadın ödəyəcək Başqasına qoşulub qaçıb
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Bərdə Rayon Məhkəməsində hakim Lamiyə Hüseynquliyevanın sədrliyi ilə mülki iş üzrə keçirilən məhkəmə iclasında kişinin keçmiş arvadına qarşı aliment tələbinə baxılıb.
Moderator.az xitab24.az-a istinadla xəbər verir ki, rayon sakini keçmiş arvadına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa 130 manat aliment ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Kişi iddia ərizəsini onunla əsaslandırılıb ki, arvadı iki azyaşlı uşağı onun yanında qoyaraq başqa şəxsə qoşulub qaçıb. Bu səbəbdən də o, məhkəmə qaydası ilə arvadından boşanıb.
Uzun müddətdir uşaqlara tək baxdığı bildirən rayon sakini, indiyədək qadından aliment istəməyib. Lakin o, səhhətində yaranan problemlərlə əlaqədar çətinlik çəkdiyini, qanunvericiliyin tələblərindən yararlanmaq istədiyini bildirib.
Hakim Lamiyə Hüseynquliyeva iddianı təmin edib. Qətnaməyə əsasən, qadın hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,325 misli həddində (130 manat - red) sabit pul məbləğində uşaqların atasına aliment ödəməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















