Qubada sel sularının yaratdığı TƏHLÜKƏLİ VƏZİYYƏT İki aydır çarə tapılmır VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İki ay əvvəl selin yaratdığı fəsad hələ də aradan qaldırılmayıb, kəndə gedən yol dağılıb…
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Quba rayon mərkəzindən təxminən dğrd kilometr məsafədə yerləşən Almazqazmaları kəndinə gedən yol sel sularının təsirindən ciddi şəkildə zədələnib. Yolun bir hissəsi uçduğundan hərəkət zolağı xeyli daralıb.
Hazırda avtomobillər bu ərazidən böyük risklə hərəkət edirlər və sakinlər hər an qəza baş verə biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, artıq iki aydan çoxdur ki, vəziyyət bu şəkildə davam edir.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq. Qurumdan verilən məlumata görə, yağıntılar səngidikdən sonra sözügedən keçidin bərpasına başlanılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 01 İyun 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















