Babək prospektində təhlükəli vəziyyət Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, körpüdə daşlar qoparaq yola düşüb. Bu vəziyyət həm sürücüləri, həm də piyadaları narahat edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı sorğumuza cavabda məsələyə aydınlıq gətirib: “Babək prospektində yerləşən yol ötürücülərindən birində bəzək üçün vurulmuş üzlük daşlarının kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa müddət ərzində həmin daş hissələri yol kənarından təmizlənərək kənarlaşdırılıb.
Yol ötürücüsündə olan digər üzlük daşları tərəfimizdən yoxlanılıb və qopma ehtimalının olmadığı müəyyən edilib”.
Sözügedən vəziyyətlə bağlı videonu Baku.ws-ə istinadən təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















