Qubada tələbələr və şəhid qazi övladları üçün yay düşərgəsi başa çatıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə tələbələr və şəhid-qazi övladları üçün keçirilən yay düşərgəsi başa çatıb.
BDU-dan 525.az-a bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yay düşərgəsinin sonuncu günündə iştirakçılar BDU-nun magistrantı Mirhüseyn Tağıyevin “Konstitusiya və gənclik: müasir çağırışlara hüquqi cavab” adlı təlimində iştirak ediblər. Təlimdə beynəlxalq münasibətlər sahəsində siyasi realizm, klassik realizm və liberalizm kimi nəzəri yanaşmaların dövlətlərin xarici siyasətinə təsiri ətraflı təhlil olunub. Nəzəri yanaşmaların daha yaxşı anlaşılması üçün məntiqi nəticə çıxarma üsulları – deduksiya və induksiya da izah edilib.
Bağlanış mərasimində iştirakçılar düşərgədə aktiv fəaliyyət göstərdikləri üçün hədiyyə və sertifikatlarla təltif olunublar. Mərasimin sonunda tələbələr və kiçikyaşlı iştirakçılar düşərgə ilə bağlı təəssüratlarını bölüşüblər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















