Icma.az
close
up
RU
Qubada keçirilən şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi yekunlaşıb

Qubada keçirilən şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi yekunlaşıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə Qubada keçirilən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi başa çatıb.

Bu barədə AZƏRTAC-a Böyük Qayıdış Gənclər Təşkilatından məlumat verilib.

Bildirilib ki, Quba Olimpiya İdman Kompleksində 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edən düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması və şəxsi inkişafyönümlü mövzularda təlimlər, yaradıcı master-klasslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçirilib.

Düşərgə müddətində gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman oyunları təşkil olunub.

Düşərgənin sonuncu günündə bağlanış mərasimi olub. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Quba Rayonu İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Reyhan Ağayeva, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin əməkdaşı Seyfur Hacımuradov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edərək təəssüratlarını bölüşüb, gənclərə uğurlar arzulayıblar.

Çıxışlardan sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir musiqili-bədii hissə ilə davam edib.

Qeyd edək ki, artıq dördüncü ildir ki, şəhid və qazi övladları üçün ənənəvi olaraq təşkil edilən düşərgənin hər il davamlı olaraq keçirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri