Icma.az
close
up
RU
Qubadlı: daş yaddaşına yazılan Zəfər

Qubadlı: daş yaddaşına yazılan Zəfər

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qubadlının taleyində 25 oktyabr tarixi otuz ilə yaxın davam edən ayrılığın sona çatmasına doğru atılmış həlledici addımlardan birini, doğma yurda qayıdış ümidinin gerçəyə çevrilməsini ifadə edir. 1993-cü il avqustun 31-də işğal olunan rayonun sakinləri evlərindən, təsərrüfatlarından, illərlə qurduqları həyatlarından ayrı düşsələr də, doğma torpağa bağlılıqlarını itirmədilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etməsi həmin uzun ayrılığın tarixində yeni mərhələ açdı. Bu günün əhəmiyyəti həm də ondadır ki, Qubadlıda azadlıqla başlanan yeni tarix indi quruculuq və dirçəliş işləri ilə davam edir.

Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin tarixi əhəmiyyətini belə ifadə edib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər qələbənin hərbi nəticəsini ifadə etməklə yanaşı, illərlə yurd həsrəti çəkən insanların arzusuna verilən mənəvi qiymətdir. Doğma torpağa qayıtmaq insanın yalnız evinə deyil, uşaqlıq xatirələrinə, ailə ocağına, nəsillərdən miras qalan mənəvi dünyasına qovuşmasıdır.
Həkəri və Bərgüşad çaylarının əhatəsində yerləşən Qubadlı təbii sərvətləri, münbit torpaqları, meşələri və zəngin təsərrüfat ənənələri ilə seçilən Azərbaycan rayonlarından biridir. İşğala qədər burada əkinçilik və heyvandarlıq, taxılçılıq, üzümçülük və tütünçülük geniş yayılmışdı. Rayonun iqtisadi həyatında mühüm yer tutan bu sahələr yerli əhalinin zəhmətini, torpağa bağlılığını və təsərrüfat təcrübəsini əks etdirirdi. Qubadlının təbii imkanları onun gələcək inkişafı üçün də geniş perspektivlər yaradır.
Lakin işğal bu inkişafı dayandırdı, minlərlə insanı doğma yurdundan didərgin saldı. İşğal nəticəsində 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmağa məcbur oldu. Rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, inzibati və sosial obyektləri, mədəniyyət müəssisələri, məscidləri, körpüləri və mühüm infrastruktur qurğuları dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bu itkilər təkcə maddi sərvətlərin məhvi deyildi; insanların gündəlik həyatına, ailə yaddaşına və gələcək planlarına vurulan ağır zərbə idi. İllərlə doğma evindən uzaqda yaşayan qubadlılılar üçün qayıdış arzusu zaman keçdikcə zəifləyən xatirəyə deyil, qorunub saxlanılan mənəvi ehtiyaca çevrildi.
Qubadlının azadlığına aparan yol Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, hərbi peşəkarlığı və fədakarlığı ilə səciyyələndi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhərin strateji mövqeyi əməliyyatın xüsusi hazırlıq və qətiyyət tələb etməsinə səbəb olurdu. Əvvəlcə şəhərə hakim yüksəkliklərin və ətraf kəndlərin nəzarətə götürülməsi, daha sonra Qubadlının azad edilməsi istiqamətində aparılan əməliyyatlar Ordumuzun hərbi məharətini nümayiş etdirdi. Oktyabrın 25-də şəhərin düşməndən təmizlənməsi müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Noyabrın 9-dək Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndi də azad edildi.
Bu qələbə dövlətin siyasi iradəsinin, ordunun gücünün və xalqın həmrəyliyinin vahid məqsəd ətrafında birləşməsinin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə qüdrətinin artırılması və milli maraqların ardıcıl şəkildə qorunması işğal altındakı torpaqların azad edilməsi üçün mühüm zəmin yaratmışdı. Qubadlı əməliyyatı həmin strateji xəttin konkret nəticələrindən biri kimi Azərbaycan tarixində öz yerini tutdu. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını ucaltması isə şəhərin azadlığının dövlət suverenliyinin rəmzi ifadəsinə çevrildiyi anlardan biri oldu.
Azad edilmiş torpaqlarda həyatın bərpası hərbi qələbənin davamı olan böyük quruculuq mərhələsidir. Qubadlıda qarşıya qoyulan məqsəd dağıdılmış yaşayış məntəqələrini bərpa etməklə kifayətlənmir; müasir infrastrukturun yaradılması, insanların təhlükəsiz yaşayışının təmin edilməsi, iqtisadi fəaliyyətin canlandırılması və davamlı inkişaf üçün şəraitin formalaşdırılmasını da əhatə edir. Bu baxımdan Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın 2025-ci il sentyabrın 9-da təsdiqlənməsi gələcək quruculuğun planlı şəkildə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi qayıdış prosesinin konkret mərhələlərindən biridir. Ümumi ərazisi 3,34 hektar olan layihə çərçivəsində 21 yaşayış binasının və 176 mənzilin inşası nəzərdə tutulub. Bu layihənin əhəmiyyəti yalnız tikililərin sayında deyil, Qubadlının yenidən yaşayış məkanına çevrilməsindədir. Hər yeni mənzil bir ailənin doğma şəhərinə qayıtması, hər salınan məhəllə qonşuluq münasibətlərinin bərpası, hər qurulan ev isə illərlə yarımçıq qalmış həyatın davam etməsi üçün imkan yaradır.
Quruculuq işləri rayonun kəndlərini də əhatə edir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin tikintisi nəzərdə tutulub. Bu layihələr kənd həyatının bərpasına, ailələrin doğma yurdlarında məskunlaşmasına və ərazinin təsərrüfat imkanlarının yenidən reallaşdırılmasına xidmət edir. Qubadlının inkişafı şəhərlə kənd arasında tarazlığın qorunmasını, yaşayış məntəqələrinin bir-biri ilə əlaqələndirilməsini və yerli iqtisadiyyatın canlandırılmasını zəruri edir.
İnfrastruktur layihələri bu inkişafın əsas dayaqlarını təşkil edir. 2021-ci il oktyabrın 25-də “Qubadlı” 110/35/10 kilovoltluq yarımstansiyasının açılması rayonun enerji təminatının yaxşılaşdırılması istiqamətində mühüm addım oldu. Elektrik verilişi xətlərinin və fiberoptik kabelin çəkilməsi isə ərazinin enerji və rabitə imkanlarını genişləndirdi. Bu sistemlər yalnız gündəlik yaşayış ehtiyaclarının ödənilməsi üçün deyil, gələcəkdə istehsalın, sahibkarlığın və xidmət sahələrinin inkişafı baxımından da əhəmiyyətlidir.
Qubadlı-Eyvazlı və yeni Qubadlı-Laçın avtomobil yollarının tikintisi rayonun nəqliyyat əlaqələrinin genişləndirilməsinə və Qarabağla Şərqi Zəngəzurun sosial-iqtisadi inteqrasiyasına xidmət edir. Yollar yaşayış məntəqələri arasında əlaqəni asanlaşdırmaqla yanaşı, məhsulların daşınması, iqtisadi fəaliyyətin genişlənməsi və yeni iş imkanlarının yaranması üçün də şərait yaradır. Beləliklə, enerji, rabitə və nəqliyyat layihələri Qubadlının yalnız bu gününü deyil, gələcək inkişaf potensialını da müəyyənləşdirir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və Qubadlıda müxtəlif layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı rayonun bərpasına verilən diqqətin göstəricisidir. Şəhərdə yaşayış məhəllələri ilə yanaşı, məktəb, xəstəxana və inzibati binaların tikintisinin nəzərdə tutulması qayıdışın sosial məzmununu genişləndirir. Çünki insanların doğma yurda qayıtması üçün mənzil təminatı ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və gündəlik həyatın digər zəruri imkanları da yaradılmalıdır. Qubadlının gələcəyi məhz bu sahələrin bir-birini tamamlayan inkişafından asılıdır.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tarixi hadisələrin milli yaddaşda yaşadılması baxımından mühüm addım oldu. Həmin qərara əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyənləşdirildi. Bu tarix artıq yalnız keçmişdə qazanılmış hərbi uğurun xatırlanması deyil, azadlığın qorunması, quruculuğun davam etdirilməsi və gələcək nəsillərin doğma torpağa bağlılığının möhkəmləndirilməsi üçün də əhəmiyyət daşıyır.
Qubadlının bugünkü mənzərəsində işğalın ağır nəticələri ilə bərpa prosesinin ümidverici perspektivləri yanaşı görünür. Dağıdılmış yaşayış məntəqələrinin yerində yeni evlər, infrastrukturu sıradan çıxmış ərazilərdə müasir kommunikasiya xətləri, uzun müddət boş qalmış yurd yerlərində isə gələcək yaşayışın təməlləri qurulur. Bu prosesin uğuru yalnız tikilən binaların və çəkilən yolların sayı ilə ölçülməməlidir. Əsas nəticə insanların doğma torpaqlarında təhlükəsiz yaşaması, övladlarının gələcəyini burada qurması, iqtisadi və sosial həyatın davamlı şəkildə canlanmasıdır.
25 oktyabr Qubadlının tarixində işğaldan azadlığa, ayrılıqdan qayıdışa doğru dönüşün rəmzidir. Bu günün əsl mənası keçmiş qələbəni xatırlamaqla yanaşı, onun yaratdığı imkanları gələcək nəsillər üçün gerçəyə çevirməkdədir. Qubadlının yenidən qurulması dövlətin uzunmüddətli inkişaf məqsədlərini, xalqın doğma yurda bağlılığını və azad edilmiş torpaqlarda həyatın bərpasına yönəlmiş səyləri bir araya gətirir. İndi bu qədim diyarın sabahını müəyyənləşdirən əsas məsələ azadlığın yaratdığı imkanları dayanıqlı inkişafa çevirmək, insanların qayıdışını davamlı məskunlaşma ilə möhkəmləndirmək və Qubadlını yenidən yaşayan, inkişaf edən yurda çevirməkdir.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri