Icma.az
close
up
RU
Azad Qubadlı: ölkəmizin Zəfər tarixinin parlaq səhifəsi ŞƏRH

Azad Qubadlı: ölkəmizin Zəfər tarixinin parlaq səhifəsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrindən biridir. Özünəməxsus təbiəti, qədim abidələri və milli-mənəvi dəyərləri ilə tanınan bu torpaq əsrlər boyu insanların doğma yurd sevgisinin, el-obaya bağlılığının rəmzi olub.
Qeyd edək ki, 1993-cü il avqustun 31-də rayonun işğal edilməsi Qubadlı sakinlərini doğma evlərindən didərgin saldı. Uzun illər qubadlılılar ata-baba torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Bu arzu bütövlükdə Azərbaycan xalqının tarixi ədalətin bərpasına inamını ifadə edirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və hərbçilərimizin fədakarlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu mühüm hərbi qələbə Laçın istiqamətində irəliləyiş üçün də strateji əhəmiyyət daşıyırdı. Qubadlının azad olunması təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi idi. 2020-ci il dekabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını ucaltması şəhərin tarixində yeni mərhələnin başlanğıcını simvolizə etdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-i Qubadlı Şəhəri Günü elan edildi. Bu əlamətdar tarix Zəfər salnaməmizin yaşadılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlıda yeni infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və sosial obyektlərin inşası doğma yurdda həyatın dirçəldilməsinə xidmət edir. Böyük Qayıdış çərçivəsində sakinlərin öz torpaqlarına qayıtması, rahat yaşayış şəraitinin yaradılması və bölgənin iqtisadi potensialının reallaşdırılması əsas prioritetlərdəndir. Qubadlının gələcəyi onun insanları, tarixi-mədəni irsi və inkişaf imkanları ilə bağlıdır. Şəhərin yenidən qurulması ilə yanaşı, milli ənənələrin qorunması, gənc nəslin doğma yurda bağlılıq ruhunda yetişdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Qubadlının dirçəlişi Azərbaycanın quruculuq əzminin və gələcəyə inamının ifadəsidir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını minnətdarlıqla anmaq üçün də əlamətdar gündür. Bu tarix bir daha sübut edir ki, milli birlik, dövlət qətiyyəti və xalqın Vətənə bağlılığı ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir. Qubadlı bu gün azadlığın, milli qürurun və dirçəlişin rəmzidir. Onun yenidən qurulması, sakinlərinin doğma torpaqlara qayıdışı Zəfərimizin davamı və gələcək nəsillərə ünvanlanan mühüm tarixi mesajdır.
Ən əsası, 25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın Zəfər salnaməsinin parlaq səhifəsi, doğma yurda qayıdışın və yeni həyatın təntənəsidir.

Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri