Icma.az
close
up
RU
Qubadlı ikinci dirçəliş dövrünə qədəm qoyub

Qubadlı ikinci dirçəliş dövrünə qədəm qoyub

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bu gün bütün qubadlılar üçün tarixi gündür. Çünki bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasının beşinci ili tamam olur. Rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə yenidən qürurla dalğalandırıb. Elə həmin gün (2020-ci il oktyabrın 25-də) Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və eyni zamanda, Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Beləliklə, Qubadlının işğal ildönümlərinə həmişəlik son qoyulub və qubadlılıların məcburi köçkünlük taleyini yaşamaq mərhələsi başa çatıb.
Qubadlının işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır. Çünki Cəbrayılda, Füzulidə, Zəngilanda ağır zərbə alan, uduza-uduza geri çəkilən işğalçı Ermənistan ordusu Qubadlını "alınmaz qala"ya çevirməklə müharibənin gedişatında dönüş yaratmaq, təşəbbüsü ələ almaq və əks hücuma keçməyi planlaşdırırdı. Ona görə də düşmən ordusu Qubadlıdakı mövqelərini maksimum dərəcədə gücləndirmişdi. Daha doğrusu, ermənilər bütün hərbi resurslarını, döyüş qüvvələrini məhz Qubadlıda cəmləşdirmişdi. Xəyalpərəstliklərindən əl çəkə bilməyən erməni generalları düşünürdülər ki, onlar öz torpaqlarının azadlığı uğrunda qətiyyətlə döyüşən və irəliləyən Azərbaycan Ordusunu dayandırmağı bacaracaqlar. Lakin onlar həmişəki kimi bu dəfə də hesablamalarında yanılmışdılar. "Dəmir Yumruq" əks hücum əməliyyatını uğurla davam etdirən şanlı Azərbaycan Ordusu Qubadlıda da düşməni ağır məğlubiyyətə uğratdı.
Qubadlının işğaldan azad edilməsi böyük Qələbəmizin növbəti carçısı olmaqla yanaşı, həm də mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Çünki bu əməliyyat tarixi Qələbəmizi daha da yaxınlaşdırdı və şanlı Ordumuzun keçmiş "Laçın dəhlizi"nə gedən yolunun açılmasını, bu yolun nəzarətimizə götürülməsini təmin idi, Laçın və Şuşaya yolu açdı. Bu isə düşmən ordusu üçün döyüş bölgəsinə gələn bütün yolların bağlanması demək idi. Mən özüm də Birinci Qarabağ müharibəsi zamanı doğma Qubadlının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişəm. Odur ki, bir keçmiş hərbçi kimi bilirəm ki, döyüş bölgəsinə gələn bütün yolların bağlanması düşmən ordusunun sözün həqiqi mənasında belinin qırılması deməkdir. Bu mənada Ordumuz Qubadlıda həqiqətən də düşmənin belini qırdı, müqavimət gücünü darmadağın etdi və beləliklə, Qubadlının azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişatını tam olaraq bizim xeyrimizə dəyişdi, tarixi Zəfərimizi labüd etdi.
Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri kimi tarixə düşən Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. "Qubadlının azad olunmasına görə" medalı məhz Qubadlı uğrunda qəhrəmancasına döyüşmüş hərbçilərimizin, qazilərimizin təltif edilməsi üçün Cənab Prezident tərəfindən 2020-ci il noyabrın 26-da təsis edilib. Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı döyüşçülərimizin cəsarət və gücünün, fədakarlıq və vətənpərvərlik ruhunun təcəssümü kimi tarixə düşüb.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması həm biz qubadlılılar üçün, həm də bütün xalqımız üçün mühüm tarixi hadisə oldu. İşğaldan azad ediləndən sonra Prezident İlham Əliyev 4 dəfə Qubadlıya səfər edib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edilib. Azad edilmiş digər ərazilərimiz kimi Qubadlının da Baş planı hazırlanıb və burada böyük quruculuq-bərpa işlərinə start verilib. İşğal dövründə erməni barbarlığı və vandalizminə məruz qalan, bütün sosial infrastrukturu və kommunikasiya xətləri məhv edilən Qubadlı indi tamamilə yenidən qurulur. Təbii sərvətlərinin zənginliyinə və təbiətinin gözəlliyinə görə Azərbaycanın əvəzolunmaz yerlərindən biri olan Qubadlı rayonu indi ikinci dirçəliş dövrünə qədəm qoyub. Azadlıq günün mübarək olsun, əziz Qubadlı!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri