Icma.az
close
up
RU
Qubadlı rayonu da artıq yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır

Qubadlı rayonu da artıq yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün Qubadlı şəhəri günüdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüş 30 ildən sonra Şərqi Zəngəzurun bu hissəsinə yenidən qayıdıb. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".

Ölkə.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

"Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb. Ermənistan işğalı dövründə 10159 ədəd əmlak tamamilə məhv edilib və rayon 2 milyard manatdan çox ziyan vurulub.

İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonun da əsasən kənd təsərrüfatı inkişaf etmişdir. Rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu.

Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir.

Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür. İşğaldan azad olunan digər ərazilərimiz kimi Qubadlı rayonu da artıq yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır", - deyə V.Bayramov qeyd edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri