Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Qubadlıda Zəfərdən quruculuğa doğru ŞƏRH

Qubadlıda Zəfərdən quruculuğa doğru ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü
Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın milli qürurunu, dövlətimizin qüdrətini və ərazi bütövlüyümüzün bərpası uğrunda apardığımız mübarizənin nəticələrini özündə əks etdirir. Bu əlamətdar gün Qubadlı torpağının işğaldan azad edilməsini, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsini və bölgədə yeni həyatın başlanmasını simvolizə edir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək bir-birinin ardınca yaşayış məntəqələrimizi işğaldan azad etdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması bu şanlı mübarizənin mühüm hadisələrindən biri kimi tarixə düşdü.
Qubadlının azadlığı yalnız bir şəhərin düşmən işğalından xilas edilməsi deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların doğma torpaqlarına qayıdışına aparan yolun açılması, Azərbaycanın suveren hüquqlarının bərpası və tarixi ədalətin təntənəsi idi.
Prezidentin Qubadlıya tarixi səfərləri
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qubadlıya səfərləri dövlətimizin bu torpaqlara göstərdiyi diqqətin, azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm göstəricisidir. Dövlət başçısının səfərləri zamanı verdiyi tapşırıqlar və iştirak etdiyi tədbirlər Qubadlının gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlı rayonuna səfəri zamanı Xanlıq kəndində hərbi qulluqçularla görüşmüş, Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltmışdır. Dövlət bayrağımızın doğma Qubadlı torpağında dalğalanması xalqımızın Zəfərinin, dövlət suverenliyinin və milli iradəsinin rəmzinə çevrildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan anlardan biri kimi yadda qaldı.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna səfər etdilər. Səfər zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməli qoyuldu, sistem əhəmiyyətli 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı oldu. Dövlət başçısı, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək onları Qubadlının azad olunmasının birinci ildönümü münasibətilə təbrik etdi.
Bu səfər azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Yol infrastrukturunun yaradılması, elektrik enerjisi təchizatının yaxşılaşdırılması və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi Qubadlının gələcək inkişafı üçün zəruri addımlar idi.
Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşündə Qubadlının azad olunmasının Vətən müharibəsinin gedişində mühüm rol oynadığını vurğulamışdı. Dövlət başçısının həmin görüşdə səsləndirdiyi fikirlər qubadlılıların yaddaşında doğma torpağa qayıdışın və tarixi Zəfərin təntənəsi kimi qaldı.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidən Qubadlı rayonunda səfərdə oldular. Səfər zamanı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq keçirildi, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Həmçinin Qubadlı şəhərinin Baş planı dövlət başçısına təqdim edildi, İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak olundu.
Bu layihələr rayonun yalnız fiziki baxımdan yenidən qurulmasına deyil, həm də iqtisadi potensialının genişləndirilməsinə, müasir infrastrukturun formalaşdırılmasına və tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Qubadlının gələcəyi quruculuq və inkişafdır
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa tədbirləri Qubadlının gələcək inkişafı üçün yeni imkanlar yaradır. Müasir yolların çəkilməsi, elektrik və digər infrastruktur layihələrinin icrası, su təsərrüfatının inkişafı, yaşayış məntəqələrinin yenidən qurulması bölgədə dayanıqlı həyatın formalaşmasına xidmət edir.
Qubadlı şəhərinin Baş planının hazırlanması, yaşayış məhəllələrinin və sosial obyektlərin inşası, məktəb və səhiyyə müəssisələrinin yaradılması doğma yurda qayıdışın mühüm şərtləridir. Bu işlər həyata keçirildikcə Qubadlı yenidən insanların yaşadığı, işlədiyi, təhsil aldığı və gələcəyini qurduğu doğma məkana çevrilmək yolunda irəliləyir.
Qubadlının tarixi-mədəni irsinin qorunması da xüsusi əhəmiyyət daşıyır. İşğal və Zəfər muzeylərinin yaradılması xalqımızın keçdiyi ağır tarixi yolun, işğal dövründə üzləşdiyi çətinliklərin və torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığın gələcək nəsillərə çatdırılması baxımından vacibdir.
Bütün bu işlərin mərkəzində doğma torpaqlarına qayıdacaq insanların təhlükəsiz, rahat və layiqli yaşayışının təmin edilməsi dayanır. Qubadlıda quruculuq işləri həm də bölgənin iqtisadi potensialının üzə çıxarılmasına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına imkan yaradır.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri bir daha göstərir ki, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, burada müasir yaşayış şəraitinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir.
25 Oktyabr – Zəfərimizin və qayıdışımızın rəmzi
Bu gün 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında yalnız hərbi qələbənin ildönümü kimi deyil, həm də gələcəyə inamın, milli birliyin və quruculuq əzminin təcəssümü kimi yaşayır. Qubadlının azad edilməsi Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək əzmini, xalqımızın iradəsini və ordumuzun qəhrəmanlığını nümayiş etdirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri, burada həyata keçirilən layihələrlə tanışlığı və bərpa işlərinə dair tapşırıqları şəhərin gələcəyinin planlı şəkildə qurulduğunu göstərir. Qubadlıda hər yeni yol, hər tikilən bina, hər yaradılan sosial obyekt doğma torpaqlarımızda həyatın yenidən canlanmasına xidmət edir.
Qubadlı şəhəri günü münasibətilə bütün qubadlılıları və Azərbaycan xalqını təbrik edərkən Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı sayəsində bu gün Azərbaycan bayrağı Qubadlı səmasında dalğalanır, doğma torpaqlarımızda quruculuq işləri davam etdirilir.
Qubadlı azaddır, Azərbaycan bütövdür! 25 Oktyabr Zəfərimizin, milli birliyimizin və doğma torpaqlarımıza qayıdış ümidimizin rəmzi olaraq daim yaşayacaqdır.

Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri