Tarixi Zəfərdən böyük quruculuğa
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixində yeni bir qəhrəmanlıq səhifəsi açdı. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, müzəffər ordumuzun yüksək döyüş hazırlığı və əsgər-zabitlərimizin misilsiz igidliyi nəticəsində 44 gün davam edən müharibə tarixi Qələbəmizlə yekunlaşdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə bu Zəfərin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. Mürəkkəb relyefə və çətin döyüş şəraitinə baxmayaraq, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya xalqımızın iradəsini və torpaqlarımızı azad etmək əzmini nümayiş etdirdi. Şuşada üçrəngli bayrağımızın ucaldılması şəhidlərimizin qanının yerdə qalmadığının, milli qürurumuzun və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Qeyd etmək lazımdır ki, Şuşanın Azərbaycan tarixindəki yeri onun yalnız coğrafi mövqeyi ilə deyil, zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və yetişdirdiyi görkəmli şəxsiyyətlərlə müəyyən olunur. Üzeyir Hacıbəyli, Bülbül, Xan qızı Natəvan, Molla Pənah Vaqif kimi dahilərin adları ilə bağlı olan bu şəhər milli-mənəvi dəyərlərimizin ən qiymətli ünvanlarından biridir. Məhz buna görə də Şuşanın azadlığı təkcə ərazi bütövlüyümüzün təmin olunması deyil, həm də xalqımızın tarixi yaddaşının, mədəni irsinin və milli kimliyinin yenidən özünə qaytarılması demək idi.
Şuşanın azad edilməsindən sonra şəhərin əvvəlki şöhrətinin bərpası və müasir inkişafının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı bərpa və quruculuq layihələrinə başlanıldı. 2021-ci il martın 16-da dövlət başçısının Şuşaya səfəri zamanı Cıdır düzündə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Pənahəli xanın sarayının qalıqlarında, Karvansarayda və digər tarixi məkanlarda görüləcək işlərlə bağlı tapşırıqlar verildi. Şəhərin tarixi simasının qorunması, memarlıq abidələrinin bərpası, turizm infrastrukturunun yaradılması və mədəni həyatın canlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Qısa müddət ərzində Şuşada mühüm infrastruktur layihələri reallaşdırıldı. 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi şəhərin elektrik enerjisi ilə etibarlı təminatına imkan yaratdı. “Xarıbülbül” və “Qarabağ” hotelləri yenidən qurularaq istifadəyə verildi, tarixi Xan qızı bulağı bərpa olundu, Yuxarı Gövhərağa məscidində təmir-bərpa işləri aparıldı. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi yenidən quruldu, şairin büstü ucaldıldı, Bülbülün ev-muzeyi bərpa edilərək yenidən ziyarətçilərin üzünə açıldı. Eyni zamanda, Şuşada yeni məscidin və 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulması şəhərin həm dini-mənəvi, həm də sosial infrastrukturunun inkişafına mühüm töhfə verdi.
Şuşanın mədəni həyatının dirçəldilməsi istiqamətində də mühüm addımlar atıldı. Cıdır düzündə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi şəhərin əsrlər boyu formalaşmış musiqi ənənələrinin bərpasının parlaq nümunəsi oldu. Novruz tonqalının Cıdır düzündə alovlandırılması, müxtəlif mədəni tədbirlərin təşkili Şuşanın yenidən Azərbaycanın mənəvi və mədəni həyatının mərkəzinə çevrildiyini nümayiş etdirdi. Bütün bu layihələr dövlətimizin işğaldan azad edilmiş ərazilərə, xüsusilə də Şuşanın tarixi irsinə göstərdiyi yüksək diqqət və qayğının bariz ifadəsidir.
Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi qeyd olunması bu əlamətdar tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm göstəricisidir. Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın gücünün, dövlətçilik iradəsinin və milli birliyinin rəmzidir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:Zəngilan: Tarixi Zəfərdən quruculuğa
20 Oktyabr 2026 09:33
Tarixi missiya: hərbi Zəfərdən böyük quruculuğa
15 Oktyabr 2026 16:25
Böyük QAYIDIŞ: ədalətli Zəfərdən Quruculuğa!
27 İyul 2026 17:48
Tarixi Zəfərdən Böyük Qayıdışa
16 Sentyabr 2026 17:20
Zəfərdən quruculuğa uzanan yol
23 Oktyabr 2026 17:58
Baxış sayı:63
Bu xəbər 02 Noyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















