Icma.az
close
up
RU
Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu

Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Zəngilan, Laçın, Xocavənd və Cəbrayıl rayonları ilə həmsərhəddir. Ərazisinin böyük hissəsi dağlıq və dağətəyi zonalarda yerləşir. Füsunkar təbiəti, sıx meşələri, zəngin fauna və florası, eyni zamanda qədim tarixi abidələri ilə Qubadlı Qarabağın incilərindən biri sayılır. Rayonun mərkəzi olan Qubadlı şəhəri 1923-cü ildə inzibati mərkəz kimi formalaşmış, bölgənin sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.
Lakin 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu işğal etmişdir. Nəticədə, minlərlə qubadlılı doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Rayonun ərazisində yerləşən kəndlər, tarixi abidələr, təhsil və mədəniyyət ocaqları, dini məbədlər tamamilə dağıdıldı. Qubadlı şəhəri viran qoyuldu, meşələr yandırıldı, torpaqlar talan edildi. Bu, təkcə bir rayonun deyil, bütövlükdə Azərbaycanın maddi və mənəvi irsinə vurulan ağır zərbə idi. Bu zərbənin cavabı isə ordumuz tərəfindən verildi .2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında mərdlik və vətənpərvərlik nümunəsi göstərdi. Döyüşlərin gedişatında Füzuli, Cəbrayıl, Zəngilan və ardınca Qubadlı istiqamətlərində mühüm strateji qələbələr qazanıldı.25 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa müraciətində tarixi xəbəri elan etdi:
“Bu gün Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Qubadlı bizimdir! Qarabağ Azərbaycandır!”
Bu xəbər bütün xalqımız tərəfindən sevinclə, göz yaşları ilə qarşılandı. Qubadlının azad olunması həm strateji, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Rayonun azadlığı ilə Azərbaycan Ordusu Laçın dəhlizinə yaxınlaşaraq mühüm coğrafi üstünlük qazandı və müharibənin son mərhələsinə – Şuşa uğrunda döyüşlərə yol açdı.
İşğaldan azad olunduqdan sonra Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Qubadlıya səfər etmiş, yeni yolların, körpülərin, yaşayış massivlərinin, məktəblərin və sosial obyektlərin təməlini qoymuşlar.
“Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlıda “Ağıllı kənd” konsepsiyasına uyğun infrastruktur yaradılır, enerji təminatı, rabitə və internet şəbəkələri bərpa olunur. Artıq bəzi kəndlərin sakinləri öz doğma yurdlarına qayıtmağa başlayıblar.
Bu zəfər şəhidlərimizin qanı bahasına, əsgərlərimizin fədakarlığı sayəsində əldə olundu. Bu gün Qubadlıda Azərbaycan bayrağının dalğalanması dövlətimizin gücünü, xalqımızın birliyini və 30 illik ədalətsizliyin sona çatdığını simvolizə edir.
Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisə həm milli birlik və qürur simvoludur, həm də gələcək nəsillərə vətən sevgisinin, qəhrəmanlığın ən parlaq nümunəsini göstərir. Bu gün biz əminliklə deyirik: Qubadlı azaddır, Qubadlı yenidən dirçəlir, Qubadlı Azərbaycanındır!.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən rayonunun tamamilə işğaldan azad olunması dövlətimizin suverenliyinin bərpası və ədalətin təntənəsi kimi tarixə yazıldı .
Bakı Qızlar Universiteti tələbəsi Xudaşlı Ləman
Nəsimi rayon gənci
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri