Icma.az
close
up
RU
Qubernator Trampı məhkəməyə verəcək Mübahisə bu məsələyə görə yaranıb

Qubernator Trampı məhkəməyə verəcək Mübahisə bu məsələyə görə yaranıb

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında illərdir davam edən sürətli qatar layihəsinin dayandırıldığını elan edib. O, layihəni “faydasız, həddindən artıq baha və nəzarətlərlə yüklənmiş” adlandıraraq, layihəyə ayrılmış milyardlarla dollarlıq federal vəsaitin geri çəkildiyini bildirib.


Sfera.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamasında deyib:


“Kaliforniyanın heç bir yerə getməyən, fəlakətli dərəcədə baha başa gələn sürətli qatar layihəsi üçün maliyyələşdirməni dayandırdığımı bildirməkdən böyük sevinc duyuram”.


O, layihənin Kaliforniya Qubernatoru Qavin Nyusomun “yetersizliyi” nəticəsində bu vəziyyətə gəldiyini iddia edib və ABŞ vətəndaşlarının bu layihə səbəbilə yüz milyardlarla dollar itirdiyini vurğulayıb.


ABŞ Nəqliyyat Nazirliyindən verilən açıqlamada isə Federal Dəmir Yolu Administrasiyasının layihəyə ayrılan təxminən 4 milyard dollarlıq fondu dayandırdığı bildirilib. Qeyd olunub ki, son 16 ildə layihəyə ümumilikdə 15 milyard dollar xərclənsə də, hələ də heç bir sürətli qatar xətti tikilməyib.


Kaliforniya Qubernatoru Qavin Nyusom isə qərarın qanunsuz olduğunu deyərək etiraz edib. O, layihə çərçivəsində bəzi qatar xətlərinin tikilməkdə olduğunu və federal hökumətin maliyyəni kəsməsinin hüquqi əsaslara söykənmədiyini bildirib.


Qubernator həmçinin qeyd edib ki, Kaliforniya bu qərara qarşı hüquqi yollarla mübarizə aparacaq:


“Biz Trampın gələcəyimizi Çinə təslim etməsinə icazə verməyəcəyik”.


Hadisə ABŞ-də dövlət investisiyaları və infrastruktur layihələri ətrafında davam edən siyasi mübahisələri bir daha gündəmə gətirib.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri