Icma.az
close
up
RU
Trampı məhkəməyə verir

Trampı məhkəməyə verir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp tərəfindən vəzifədən azad edilən ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Liza Kuk (Lisa Cook) Trampı məhkəməyə verməyə hazırlaşır. 

"Cebheinfo.az" xəbər verir ki, Liza Kukun vəkili Abbe Lovell, Trampın Kuku vəzifədən azad etmə qərarını məhkəməyə daşıyacaqlarını bildirərək:

“Yalnız bir tövsiyə məktubuna əsaslanaraq verilən bu qərar hər hansı faktiki və hüquqi əsastan məhrumdur. Bu qanunsuz prosesi məhkəmə vasitəsilə gündəmə gətirəcəyik” deyib.

Tramp dünən keçirdiyi kabinet iclasında etdiyi çıxışda:

“Biz tamamilə dürüst insanlara ehtiyac duyuruq, amma onun belə olmadığı görünür” ifadəsini işlədib və Kukun yerinə gətirməyi düşündüyü bir neçə “yaxşı ad” olduğunu söyləyib. Tramp Kukun vəzifədən azad edilməsinə səbəb kimi onun 2021-ci ildə götürdüyü ipoteka krediti zamanı törətdiyi “aldadıcı və potensial olaraq cinayət xarakteri daşıyan” əməlləri göstərib. Tramp sosial media hesabında etdiyi paylaşımda, Kuku ipoteka müraciəti zamanı yalan bəyanat verməkdə ittiham edib.

Onun sözlərinə görə, Kuk Miçiqandakı bir əmlaka dair bir il orada yaşayacağına dair sənəd imzalayıb, iki həftə sonra isə Corciyadakı başqa bir mülk üçün eyni öhdəliyi əks etdirən sənədə imza atıb.

Bu iddiaları mətbuatdan öyrəndiyini bildirən Kuk isə Trampın onu vəzifədən azad etməyə səlahiyyəti olmadığını söyləyərək, vəzifəsini davam etdirəcəyini açıqlayıb:

“İstefa etməyəcəyəm. 2022-dən bəri etdiyim kimi, Amerika iqtisadiyyatına dəstək olmaq üçün fəaliyyətimi davam etdirəcəyəm”.

Kuk FED-in 111 illik tarixində ABŞ Prezidenti tərəfindən vəzifədən azad edilən ilk idarə heyəti üzvü olub. ABŞ Prezidenti Tramp, Ağ Evdəki ilk dönəmində də FED-ə faiz dərəcələrini endirməsi üçün təzyiq göstərmişdi. 

Son aylarda bu təzyiqləri gücləndirən Tramp, faizlərin bir neçə bənd aşağı salınmasını tələb etmiş və FED sədri Kerom Pauelli vəzifədən azad etməklə hədələmişdi.

2022-ci ildə keçmiş prezident Co Bayden tərəfindən vəzifəyə gətirilən Kukun vəzifədən uzaqlaşdırılması ilə, Trampın FED daxilində faizlərin endirilməsinə müsbət yanaşan bir şəxsi təyin etməsi gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri