Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Onları NATO dan çıxarmaq lazımdır

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Killian Mbappe: “Yamaldan əl çəkin”

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

Azı qərar, çoxu zərər...

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Qudalar agentliyi su sistemini necə çökdürür: şok faktlar daha bir ailə üzvünə də vəzifə verdilər!

Qudalar agentliyi su sistemini necə çökdürür: şok faktlar daha bir ailə üzvünə də vəzifə verdilər!

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb. 
Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. 
Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə  10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir.
Eyni zamanda xüsusən Bakıda kanalizasiya və drenaj sistemləri də faktiki iflic durumdadır. Bir çox ərazilərdə çoxmənzilli binaların isə zirzəmisi çirkab suları ilə doludur. Yüz minlərlə insan antisanitariya vəziyyətində yaşayır.

Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "başbilənləri" və trolları isə uydurma "səbəblər" səsləndirib vətəndaşları və dövlət rəhbərliyini aldadır. Əslində, öz bacarıqsızlıqları, qohumbazlıqları, tender mənimsəmələri səbəbindən su, kanalizasiya və melorasiya sistemini tam bərbad hala salıblar. 

Ölkədə içməli su, suvarma, kanalizasiya böhranını təqdim etdiyimiz onlarla videofakt aydınca təsdiqləyir, necə deyərlər, nocomment! Buyurub sosial şəbəkələrdən topladığımız, araşdırma üçün real biabırçı mənzərə yaradan videolara baxın. 

İndi isə keçək bu biabırçılıqların nədənlərinə.

Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb. 
Bütün bu fəlakət kimi durumun baiskarları ADSEA-nı ailə-quda podratına çevirən Zaur Mikayılov (sədr),  Fuad Quliyev (aparat rəhbəri) və Əsəd Şirinov (rəsmi müşavir, amma faktiki baş cuvar Z.Mikayılovun xeyir-duası ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir) triosunun yarıtmaz, qaranlıq, fərdi maraqlarına hesablanmış idarəçiliyidir. 

Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. 
Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir.   Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi elə ADSEA sözçüsü Ceyhun Musaoğlunun (yeri gəlmişkən, bu adam ictimaiyyət nümayəndəsi kimi Mətbuat Şurasının İdarə Heyətinin üzvü "seçilmişdi". Məmur olduqdan sonra oradan istefa verməlidir, amma bunu etmir. MŞ-nın nizamnaməsi bunu tələb edir. Bu mövzunu ayrıca işləyəcəyik) "su ona görə yoxdur ki, hamı krantı eyni vaxtda açır" kimi "dahi kəşfi" səviyyəsindən o tərəfə keçmir...
Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib. 
ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur. 


İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.
Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. 
Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. 
Bəs son 4 ildə bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür. 
Səbəb sirr deyil. 
Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.
Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə. 

Bölgələrdə kiçik fermerlərə isə suvarma suyu ona çatmır ki, regional su sistemləri idarələrinin rəhbərləri suyu oliqarxların, məmurların böyük əkin sahələrinə verir. Təbii, müəyyən maraqlar qarşlığında...

Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir.
Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür. Biznes ortaqları ilə birlikdə faktiki onun kontrolunda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür. 
Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata  keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular. 
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".

Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur. İddiaya görə onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik)...

Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq. 
Təsəvvür edin, ADSEA-nı bu adamlar tamamən quda-ailə agentliyinə çeviriblər. 
Vaxt vardı ölkədə iki ayrı-ayrı sahənin rəhbər şəxsi - sabiq nazirlər Ziya Məmmədovla Heydər Əsədov quda olduqlarına görə media, siyasətçilər onları yıxıb-sürüyürdü. Nəhayət işdən çıxarıldılar. 
İndi isə nazirlik statuslu ADSEA-nı 3 quda və ətraflarındakı qohum, dostları ilə idarə edir, susqunluqdur. Niyə? Bir qurumu 3 quda, üstəgəl ailə üzvləri idarə edəndə nəticə belə də olmalı idi...
Bir müddət əvvəl mediada bu məsələ yazılanda dövləti, vətəndaşları aldatmaq üçün Əsəd Şirinovun guya işdən azad edildiyini bildirdilər. Ancaq bu tam yalandır. 
Bu yaxınlarda, iyul ayında çəkilmiş fotoya diqqət edin: Ortada Zaur Mikayılov, sağında lap solda Fuad Quliyev, solunda lap axırda Əsəd Şirinov addımlayırlar...
Onu da qeyd edək ki, son 3 ildə xüsusən Fuad Quliyev üzünü mediadan gizlətməyə, ümumi şəkillərdə künc-bucaqda yer almağa çalışıb...

O, üstəlik daha bir ailə üzvlərinə vəzifə verib. 
Beləcə, ölkənin ən strateji sahəsini batırırlar. 
Nəhayət, qudaların Bakıda su böhranının məsuliyyətini boyunlarından atmaq, əhalini aldatmaq üçün bir hiylə də işlətməsini də diqqətə çatdıraq, görəsiniz ki, bunlar öz maraqları üçün nələr edəcək adamlardır.   Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var. 
İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..

Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış  mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər. 
Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır.

https://www.facebook.com/100078029835452/videos/%C3%B6lk%C9%99nin-su-v%C9%99-kanalizasiya-problemi/3156710767824683/?mibextid=wwXIfr&rdid=5Rzws4DyK3dyVTpz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see347

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see183

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see148

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see144

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see135

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see134

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see133

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see132

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see131

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see129

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see125

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see125

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see123

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see122

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see122

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri