Icma.az
close
up
RU
Qüdrət işığı heç zaman sönmür

Qüdrət işığı heç zaman sönmür

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Dünyada siyasi hadisələr dünyəvi münasibətlərə istiqamətləndirilməsə, qarşılıqlı çoxtərəfli inam, eti¬mad, ehtiram formalaşmasa gərgin siyasi qarşıdurmalar da yarana və davam etdirilə bilər. Bu baxımdan bə¬şəri ideyalara əsaslanan beynəlxalq təşkilatlar da fəaliyyətini məhz bu ülgü əsasında qurur. Belə təşki¬lat¬lardan biri də Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat yarandığı vaxtdan dün¬yə¬vi siyasətə təsir göstərməyə, müna¬qi¬şələrin, müharibələrin dayandırılması üçün ideoloji söz nü¬ma¬yiş etdirməyə çalışır və dünyanı da bu bəşəri fəaliyyətə səsləyir.
Qəbələdə 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak və çıxış etdi. Siyasi nitq kimi dinlənilən bu çıxışın tezisləri təkcə bu Təşkilata daxil olan dövlətlərin deyil, sülhə meyilli dövlətlərin də xarici siyasətinin dünyəviliyə cavab verəcəyinə inam kimi tarixləşdi.
Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü, bu təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorun-ması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında olduğunu, təhlükəsizlik təmin edil¬mə-dən inkişafın mümkünsüzlüyünü, dünyada hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu xa¬¬tır¬ladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında son beş ilin ən böyük və ən qürurlu siyasi hadisəsi haqqında dedi: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkə-mizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
Ermənistan Azərbaycanın ədalətli müahribəsində məğlub olsa da üçtərəfli Bəyanatın şərt¬lə-rini yerinə yetirmir. Sülh danışıqlarından yayınmağa çalışırdı. Belə bir şəraitdə dünyanın nəhəng döv¬lətlərindən biri olan ABŞ bu vəziyyəti regionda sonrakı siyasi hadisələr üçün təhlükəli hesab etdi və üçtərəfli görüşün təşkilinə qərar verdi. Görüş baş tutdu.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni za-man¬da, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə mü¬ra-ciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş müna¬qişənin bu qalıqları da aradan qaldırıldı”...
Azərbaycnla Ermənistan arasında ən başlıca danışıq mövzularından biri də Zəngəzur dəhli-zidir. Bu dəhliz təkcə Ermənistanın deyil, Ermənistanın siyasi və hərbi havadarlarının da mara-ğındadır. Onlar bu dəhlizin açılmasının qəti əleyhdarlarıdırlar.
“Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arte-ri¬yası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlü¬kə-sizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib”.
Türk Dövlətləri Təşkilatı mənəvi birlik təşkilatıdır, ruhun təşkilatıdır, min illərin tarixinin neçə min illərə çatacaq dəyərlər sistemidir. Bu təşkilata daxil olan dövlətlərin mənəvi birliyidir, onları ortaq tarixi və etnik köklər, dillər bir ailə kimi birləşdirir. Türk Dövlətləri Təşkilatının Döv-lət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də dedi ki, “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyət ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təş¬kilatının mövqeyini daha da gücləndirəcək, xalqları¬mı¬zın rifahına və təhlükəsizliyinə əlavə töhfə verə¬cəkdir”.
Dövlət başçımız bu fikirlərini Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək kimi Füzu-lidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına mək¬təb, Cəbrayılda məktəb (Macarıstan tikir), Füzulidə məscid (Türkmənistan tikir) tikil¬di¬yi¬ni də xatırlatmaqla, bu birliyin müqəddəs birlik olduğunu diqqətə çatdırdı. Onu da bildirdi ki, Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəs¬tə¬klərini heç vaxt unutmayacaq...
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü dövlətçilik tarix-lə¬rinin, mədəniyyətlərin, ortaq ruhların görüşü kimi tarixləşdi. Bu tarixin qüdrət işığı əbədiyyən sönməyəcək...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri