Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qüdrətli Azərbaycanın memarı, öz siyasi zəkası ilə dünyanı heyran edən lider

Qüdrətli Azərbaycanın memarı, öz siyasi zəkası ilə dünyanı heyran edən lider

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Tarix yalnız hadisələrin bir-birinin izləməsi və təqvimin dəyişməsindən ibarət deyil. Tarix həm də xalqların inkişaf xronologiyasıdır ki, bu da böyük mənada insanlığın inkişafıdır. Bu baxımdan tarixi yönəldən,onun istiqamətini müəyyənləşdirən ən böyük faktor insandır. Amma heç şübhəsiz ki, gəlmiş-getmiş milyardlarla insanın hər biri tarixə yön vermir. Tanrı bu missiyanı özününün seçilmiş bəndələrinə, lider adlandırdığımız əvəzsiz şəxsiyyətlərə verir. Ulu öndər Heydər Əliyev həyat və mübarizəsi ilə tək tarixə möhür vurmaqla yekunlaşmayıb, həm də bütöv bir xalqın taleyini müəyyənləşdirən bir zirvədədir.

Bu, elə bir zirvədir ki, Azərbaycan adı var olduqca, Ümummilli lider Heydər Əliyev şəxsiyyəti də yaşayacaq və ucalacaq. Çünki bugünkü qüdrətli Azərbaycanın memarı öz siyasi zəkası və fitri dövlətçilik istedadı ilə dünyanı heyran qoyan dahi rəhbər Heydər Əliyevdir. 
Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Sosial narazılıq, qanunların işləməməsi və qanunsuz silahlı birləşmələrin mövcudluğu ölkədə hakimiyyət böhranı ilə nəticələndi. 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsinin bir addımlığında, milli varlığımız belə sual altında idi. Bütün bunlar azmış kimi, torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunur, proseslər məcrasından çıxırdı. Meydan qəhrəmanlarının uğursuz daxili və xarici siyasəti Azərbaycanı uçuruma yuvarlamışdı. Xalqımız taleyinin ən ağır və mürəkkəb dövrlərindən birini yaşayırdı. Belə ağır bir vəziyyətdə xalqın gözü son ümid kimi  Naxçıvana- Ulu öndər Heydər Əliyevə dikilmişdi. Xalq əmin idi ki, qanı, canı hesabına qazandığı müstəqilliyini yenicə bərpa etmiş ölkəni fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bütün dövrlərdə xalqın dəstəyini hiss edən Heydər Əliyev vətəndaşların təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı və nəticədə qazanan xalqımız, qurtulan Azərbaycan oldu.
Qısa zaman ərzində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz siyasət ölkənin sosial-iqtisadi və mədəni həyatında müsbət mənada hiss olunmağa başlandı.

Respublikada sabitlik bərqərar edildi, milli iqtisadiyyat sistemi quruldu, ordu quruculuğu prosesi sürətləndi, Azərbaycanın dövlət maraqlarına uyğun olaraq xarici siyasət kursu  tamamilə dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti və siyasi fenomenliyi ilə sabitlik adası olan Azərbaycanda dünya  nəhəng iqtisadi hadisəyə şahid oldu. 

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənilməsi haqqında tarixi müqavilə imzalandı. Xüsusi beynəlxalq əhəmiyyət daşıyan “Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına nəfəs verdi, inkişafımızda dönüş yaratdı.

Həmin vaxt Ulu öndər  qeyd edirdi ki, “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. 

Ümummilli lider tamamilə haqlı idi, çünki onun gərgin zəhməti ilə həyata keçirilən layihələr, müqavilələr xalqımıza gerçəkdən xoşbəxtlik yaşatdı və onun vətəndaş olaraq hər birimizin üzərində haqqı var. O, bütün fəaliyyətini xalqına həsr etdi, xalqı üçün çalışdı, liderlik nümunəsini dünyaya göstərdi. Görkəmli dövlət xadimi Nikolay Baybakov əbəs yerə “mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” söyləmirdi. Amma Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını və dövlətini sevməklə kifayətlənmədi: Bəzən dövlət və xalq üçün tək sevgi kifayət etmir, əməli iş də lazımdır. Heydər Əliyevin tariximizə əbədi olaraq həkk etdiyi iz əməli işlə yekunlaşmadı, böyük siyasi xadim dünya tarixinə fövqəlqurtuluş möhürü vurdu. Bu, Azərbaycan xalqının təsdiq, Ulu öndərin Tanrıdan gələn missiya möhürü idi. Bu gün Xankəndidən Bakıya, Şuşadan Kəlbəcərə, bütün ölkəmiz boyunca və ən yüksək beynəlxalq tribunalarda dalğalanan Azərbaycan bayrağının yanında həm də dahi Heydər Əliyevin möhürü var! 

Xumar Məmmədova, 
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see185

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see131

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri