Qüdsdə toplaşırlar, odla əllərini yuyurlar Zirəddin sirləri açdı
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hər il pravoslavların Pasxa bayramından əvvəl Yerusəlimdəki İsa Kilsəsində müqəddəs odun qeybdən yanması mərasimi keçirilir. İddia olunur ki, bu edilməsə, dünyanın sonu gələcək və qiyamət qopacaq.
Bu, nə dərəcə doğrudur?
Globalinfo.az xəbər verir ki, kliniki psixoloq, ictimai xadim Zirəddin Rzayev bununla bağlı Rusiya mediasına müsahibə verib.
O bildirib ki, Pasxa bayramı ərəfəsində müqəddəs odun qeybdən yanması ilə bağlı mistik və ya paranormal heç nə yoxdur.
“Müqəddəs od xalq inancı, xristian kultu və ənənəsidir. İddia edilir ki, bu od guya insanların əlləri, üzləri və digər bədən əzalarını yandırmır. Hətta insanlar həmin odla əl-üzlərini “yuyurlar”. Amma heç vaxt bu barədə elmi məqaləyə rast gəlməmişəm, araşdırma görməmişəm. Təəssüf ki, bu, bir mifdir”.
Z.Rzayevin fikrincə, müqəddəs od yalnız insanların imanına əsaslanır:
“Odu keşişlər yandırırlar, erməni kilsəsinin rahibləri də bunu dəfələrlə nümayiş etdirib. Elə bir video da görməmişəm ki, kimsə əlini həmin odun üzərində 5 dəqiqə ya da daha az saxlasın və əlləri yanmasın”.
Kliniki psixoloq vurğulayıb ki, dünyanın sonu ilə bağlı fikirlər də cəfəngiyyatdır:
“Bir neçə dəfə müqəddəs od yanmasa da, qiyamət qopmadı. Güman edirəm ki, odun qeybdən yanmamasının səbəbi vicdanlı rahiblərdən asılıdır. Çünki həmin dini ayinləri hər il müxtəlif rahiblər həyata keçirir. Görünür, aralarında vicdan sahibləri də var”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















