Icma.az
close
up
RU
Qüdsdə sensasiyalı tapıntı

Qüdsdə sensasiyalı tapıntı

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

İtaliyanın “La Sapienza” Roma Universitetinin arxeoloqları Qüdsdəki Müqəddəs Qəbir Kilsəsinin altında apardıqları qazıntılar zamanı İsa Məsihin dəfn edildiyi yer barədə yeni arxeoloji məlumatlar əldə ediblər.

Araşdırmanın nəticələri “Liber Annuus” elmi jurnalında dərc olunub. Məlumata görə, qazıntılar zamanı qədim karxana, əkin sahələri, bağ və qayada oyulmuş məzarlar aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntılar İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağlı İncil mətnlərindəki təsvirlərlə uyğunluq təşkil edir.

Qazıntılara kilsənin döşəməsinin bərpası zamanı başlanılıb. Arxeoloqlar binanın altında qədim dövrə aid ərazinin qalıqlarını üzə çıxarıblar.

Ekspedisiyanın rəhbəri Françeska Romana Stasollanın sözlərinə görə, “Yəhya İncili” İsanın edam edildiyi ərazinin yaxınlığında bağ və yeni məzar olduğunu bildirir. Aşkar edilən məzarın birbaşa qayada oyulduğu qeyd olunur.

Alimlər ərazidə I əsrə aid zeytun ağacları və üzüm tənəklərinin qalıqlarını da müəyyən ediblər. Tədqiqatçıların fikrincə, bu bitkilər İsanın edam edildiyi dövrə aid ola bilər.

Stasollanın sözlərinə görə, İncildə Qolqota ilə məzar arasında yaşıllıq sahəsinin olduğu qeyd edilir və qazıntılar zamanı məhz belə becərilən ərazilərin izləri tapılıb.

İki min illik tarix

Müqəddəs Qəbir Kilsəsi IV əsrdə inşa edilib və xristian dünyasının ən mühüm dini məkanlarından biri hesab olunur. Hər il milyonlarla zəvvar buranı ziyarət edir.

Tarixi mənbələrə görə, II əsrdə Roma imperatoru Adrian bu ərazidə bütpərəst məbəd tikdirib və müqəddəs mağaranın üzərini doldurub. Təxminən iki əsr sonra imperator Konstantinin dövründə həmin tikili dağıdılıb, ərazi təmizlənib və məzar xristian ziyarətgahına çevrilib.

Yeni arxeoloji məlumatlar əsrlər boyu davam edən dini ənənənin tarixi əsaslarının araşdırılması baxımından əhəmiyyətli hesab olunur.

Lakin alimlər mühüm bir məqama da diqqət çəkirlər: aşkar edilən məzarın məhz İsa Məsihə aid olduğunu elmi baxımdan qəti şəkildə sübut etmək hələ mümkün deyil.

Bununla belə, ərazidə iki min ilə yaxın müddətdə davam edən ziyarət ənənəsi və yeni arxeoloji tapıntılar Müqəddəs Qəbir Kilsəsinin tarixi əhəmiyyətini daha da artırır.

Nadir

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Avqust 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri