Qulaqları qulaq çubuqları ilə təmizləmək təhlükəlidir Mütəxəssislərdən xəbərdarlıq
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qulaqları qulaq çubuqları ilə təmizləmək qulaq kanalının zədələnməsinə, infeksiyaya və eşitmə problemlərinə səbəb ola bilər.
Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qulaq kiri çirkli ifrazat deyil, əksinə, qulağı zərərli maddələrdən qoruyan və onun nəmliyini təmin edən təbii müdafiə vasitəsidir.
Qulaq çubuqlarından istifadə zamanı qulaq kiri daha dərinə itələnərək kanalın tutulmasına səbəb ola bilər. Həmçinin qulağın qoruyucu ifrazatının həddindən artıq təmizlənməsi quruluq və qaşınma yarada bilər.
Qulaqları təmizləmək üçün xarici hissəni nəm parça ilə silmək kifayətdir. Qulaqda ağrı, qeyri-adi qaşınma və ya eşitmə çətinliyi yaranarsa, qulaq-burun-boğaz mütəxəssisinə müraciət etmək tövsiyə olunur.
Baxış sayı:106
Bu xəbər 10 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















