Icma.az
close
up
RU
“Quli”nin adamlarının ABŞ dəki cinayətləri Okeanın o tayından Ukraynadakı cinayəti idarə edib

“Quli”nin adamlarının ABŞ dəki cinayətləri Okeanın o tayından Ukraynadakı cinayəti idarə edib

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Manhetten federal məhkəməsində kriminal avtoritetlər Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

Bakupost.az "Teleqraf"a istinadən xəbər verir ki, mart ayında onlar İran əsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Məsi Əlinejadın həyatına qurulan sui-qəsddə günahkar biliniblər.
Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafət Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur “qanuni oğru”, 2020-ci ildə Antalyada mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun (“Lotu Quli”) rəhbərliyi altında fəaliyyət göstərən “rus mafiyası”nın üzvləri kimi təsvir edib.
İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Əlinejada qarşı sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.
Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafət Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda “Quli”nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

Prokuror avtoritetin taclanmasını tanımadı


Rafət Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən “qanuni oğru” kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da “Quli” tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib edib. Eyni zamanda Manhetten prokurorluğu da onu “qanuni oğru” kimi tanımır.
2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-yə ekstradisiya olunan Rafət Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.
Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dən kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.
Xalid Mehdiyev (“Əhmədli Xalid”) hazırda 27 yaşındadır. Həbsindən sonra əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolleen MakMahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.
Xatırladaq ki, hakim MakMahon sabiq ABŞ Prezidenti Bill Klinton tərəfindən təyin olunub.


Hakim cəzanı yarıbayarıya endirdi


Prokurorluq Rafət Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Hakim hər iki təqsirləndirilən şəxsi 25 il azadlıqdan məhrum edib.
Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə adətən 15% azaldılır.

“Çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”


Rafət Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o, əlaqə saxlayıb, Ömərov isə jurnalist Əlinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, “U Peppino” adlı pitsa restoranında menecer işləyən Xalid Mehdiyevə verib.
Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevə çarpaz sorğu-sual keçirib. Məlum olub ki, məsələn, Mehdiyev ABŞ-də ola-ola internet və vasitəsi ilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.
“Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pitsa restoranında işləyirdiniz?” – deyə Fest soruşub.
Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib: "Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm".
"Quli"nin ölümündən sonra nə baş verdi?


Nadir Səlifovun (“Quli”) ölümündən sonra Xalid Mehdiyev “reket”lik etməyə davam edib. Əvvəlcə "Quli"nin qardaşı Namiq Səlifovun (“Namik Bakinski”) adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə, xaricdən votsap vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.
Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini “nəzarət”ə götürüblər. Xalid Mehdiyev onun “Range Rover” markalı avtomobilini yandırıb, sonra mağazanın dayanacağında maşını gülləbaran edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri